SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib

🗓 03.06.2025 14:25 ✍️ "Elçi" qəzeti
SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə  Elchi.az - a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Bənzər yazılar