"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

SN: Vaksinasiyada fəal iştirak kütləvi immunitetin yaranmasına səbəb olur

01 Mart 2022 - 15:55
in SOSİAL
FacebookVatsap

“İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu özünü ağır, təkrarlanan infeksiyalar kimi göstərir. Şiş əleyhinə immunitetin pozulması bəd xassəli törəmələrin inkişafına “dəstək” olur”.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, bəzən immun hüceyrələr bədəninin öz hüceyrələrini məhv etməyə başlayır, bunlar autoimmun xəstəliklərdir. İmmunitet sistemimiz bəzi maddələrə həddindən artıq reaksiya verdikdə, allergik xəstəliklər yaranır:

“Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzun müddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə “gücləndirməyə” ehtiyac yoxdur. Bu gün immunitetin stimullaşdırılması çox mübahisəli bir məsələdir. Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir, çünki bu dərmanların effektivliyi sübut olunmayıb. Terapevtik təsir bütün immun sisteminə deyil, onun müəyyən bir həlqəsinə yönəldilməlidir. Bütövlükdə immun sistemi gücləndirə bilən sehrli həblər, dərmanlar yoxdur. Müəyyən bir infeksiyaya qarşı immunitet yaratmaq üçün peyvəndləmə aparılır, immun çatışmazlıqlarda immunitetin çatışmayan həlqəsini bərpa etmək üçün isə əvəzedici terapiya aparılır. Yalnız müəyyən xəstə qrupları immunoloji müayinədən sonra bu vasitələrdən istifadə etməlidirlər”.

T. Eyvazov deyib ki, qəfil xəstələnmək heç də “immunitetin azalması” demək deyil:

“Bu, bədənin qoruyucu xüsusiyyətlərinin zəiflədiyini göstərir. Bununla məşğul olmaq lazımdır, lakin immunitetlə hər şey qaydasındadır. Bəzən biz səhvən tez-tez baş verən kəskin respirator virus infeksiyalarını (KRVI) immunitet sistemindəki pozuntular kimi qəbul edirik. Məsələn, tez-tez xəstələnən uşaqlar ildə 4-6 dəfədən çox müxtəlif respirator infeksiyaları keçirirlər. Məsələn, uşaq bağçasına gedən balacalar ilk günlərdən digər uşaqların florası ilə qarşılıqlı əlaqədə olur və xəstələnirlər. Bu, patologiya deyil. Belə vəziyyətdə immunmodulyatorların qəbulu infeksiyanın dövrü alovlanması ilə müşayət olunan yarımkəskin mərhələyə keçir”.

Həkim deyib ki, COVID-19-la mübarizədə immun sisteminin rolundan da danışıb:

“Sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur. Onun normal işləməsi üçün şərait yaratmaq lazımdır. Məsləhət görərdim ki, immun sistemin normal səviyyədə işləməsinə kömək edəcək bəzi amillərə diqqət yetirəsiniz. İlk öncə, peyvənd cədvəlinə, o cümlədən illik qrip peyvəndinə laqeyd yanaşmayın. Həmçinin, qida elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və tərkibinə diqqət yetirin. Qeyd etmək istəyirəm ki, normal gecə yuxusu vacibdir, çünki bu zaman yeni immun hüceyrələr əmələ gəlir. Unutmamalıyıq ki, immun sisteminin zəifləməsinin səbəblərindən biri də stressdir. Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal sistemlərimiz daimi qarşılıqlı əlaqədə işləyir. Özünüzü yaxşı fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Qan dövranı immun sistem hüceyrələrinin bədənimizin bütün guşələrinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir. İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə edin.

İmmun sistemi çox mühümdür, lakin az öyrənilən sahədir. Onun işində ciddi bir pozuntuya dair şübhələr varsa, həkimə müraciət mütləqdir, çünki bir pozuntu əmələ gəldiyi halda xüsusi müalicə tələb oluna bilər.

Sonda qeyd etmək istəyirəm ki, əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi immunitetin əldə edilməsinə səbəb olur” – o deyib.

Previous Post

SN: Vaksinasiyada fəal iştirak kütləvi immunitetin yaranmasına səbəb olur

Next Post

XİN və aidiyyəti nümayəndəliklərin Ukraynadakı vəziyyətlə bağlı “qaynar xətt” nömrələri açıqlanıb – SİYAHI

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post
Ermənistanın növbəti təxribatı – XİN açıqlama yaydı

XİN və aidiyyəti nümayəndəliklərin Ukraynadakı vəziyyətlə bağlı “qaynar xətt” nömrələri açıqlanıb - SİYAHI

Ermənistanın növbəti təxribatı – XİN açıqlama yaydı

XİN və aidiyyəti nümayəndəliklərin Ukraynadakı vəziyyətlə bağlı “qaynar xətt” nömrələri açıqlanıb - SİYAHI

Son xəbərlər

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.