Slovakiya Ukraynanın Avropa İttifaqına qoşulmasını dəstəkləyib. Slovakiyanın baş naziri Robert Fiko Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında Kiyevin assosiasiyaya üzvlüyünü dəstəklədiyini təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
“Biz Ukraynaya kömək etmək istəyirik. biz Ukraynanın Avropa İttifaqına daxil olmasının tərəfdarıyıq”, – deyə Slovakiya hökumətinin başçısı bildirib. Baş nazir onu da vurğulayıb ki, Ukrayna Aİ-yə daxil olmaq üçün bütün meyarlara cavab verməlidir, çünki hazırlıqsız ölkə bloka faydadan çox çətinliklər yarada bilər.
Qeyd edək ki, bundan əlavə, siyasətçinin fikrincə, fevralın 1-də keçiriləcək sammitdə Avropa İttifaqı da Kiyevə milyardlarla yardımın ayrılması ilə bağlı razılığa gələ biləcək.
Havar Şəfiyeva