Slovakiya Rusiya səfirliyinin əməkdaşını ölkədən qovdu

90

Slovakiya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” Respublika Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qovulmanın səbəbi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını birbaşa pozan fəaliyyət olub. Nazirlik rusiyalı diplomatın ölkəni tərk etmək üçün 48 saat vaxtının olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib.

Havar Şəfiyeva