Ukrayna NATO-nun üzvü ola bilməz.
Elchi.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bu gün Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
O vurğulayıb ki, Slovakiya Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyəcək.
Putin isə öz növbəsində, Ukraynanın NATO-ya üzvlüyünün Rusiya üçün qəbuledilməz olduğunu bildirib.
“Lakin biz heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etməmişik”, – o əlavə edib.






















Son şərhlər