Elm və Təhsil Nazirliyi Siyəzəndə yol qəzasında ölən və xəsarət almış müəllimlərlə bağlı məlumat yayıb.
Nazirlikdən Elchi.az-a bildirilib ki, bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb.
“Onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllimimiz isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!”, – deyə məlumatda qeyd olunub.
ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sağlamlığını itirən daha bir qəhrəmanımız Samir Məmmədov müharibədə aldığı xəsarətlər nəticəsində hərəkət...






















Son şərhlər