"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Siyasi rəmzlər – Politoloqdan SENSASİON YAZI

25 Sentyabr 2025 - 13:59
in SİYASƏT
FacebookVatsap

Bütün dövrlərdə jest və rəmzlərin siyasətdə böyük rolu olub. Böyük siyasətçilər antik dövrdən etibarən informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrə qədər rəmz və jestlərin imkanlarından faydalanıblar. Bəzən rəmzlərin emosional təsir effekti və onların praktik faydalılığı “soyuq” diplomatik ünsiyyət tərzi ilə müqayisədə daha üstün olur. Rəmzlər hədəflərə nail olmaq prosesində tərəflər arasında etibar və güvən yaradır, habelə aparılan siyasətə kütlənin dəstəyini qazandırır.

Bunu da oxuyun

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

Azərbaycan İranı qardaş ölkə hesab edir – Hikmət Hacıyev

Bəli, bəzən onların təsir effekti müvəqqəti olur, ancaq hətta bu məhdud zaman belə hədəflərə çatmaq üçün kifayət edir. Ona görə də beynəlxalq hüquq və protokolların mövcudluğuna baxmayaraq vaxtaşırı şəkildə ona şahidlik edirik ki, cəmi bir neçə jest və ya rəmzin sayəsində siyasətdə böyük məsələlər öz həllini tapmış olur. Əlbəttə ki, rəmz və jestlərin istifadəsi siyasətçidən cəsarət və peşəkarlıq tələb edir. Bu cür siyasətin fonunda ucuz demaqogiya şedevr əsərin yanında dayanan rəngi qopub tökülmüş, solğun, dəyərsiz və müqayisədə təbəssümə səbəb olan reproduksiyaya bənzəyir.

Məhz siyasi jest və rəmzlər kontekstində sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunmuş rəsmi qəbul zamanı ABŞ Prezidenti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında baş vermiş kiçik, ancaq olduqca böyük rəmzi mənaya malik dialoqdan bəhs etmək istərdik. Kiçik rəmzlər arxasında böyük mənalar gizlənir. Rəmzlər eyni zamanda həqiqəti görməyi də mümkün verir.

Xatırladaq ki, sözügedən tədbirdə Prezident İlham Əliyev ilə yanaşı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdir. Belə ki, ABŞ Prezidenti Donald Trampın cəmi bir neçə dəqiqə davam edən qısa çıxışında Prezident İlham Əliyevə xitabən növbəti ifadələr öz əksini tapmışdır: “təşəkkür edirəm”, “dostum”, “dost qazandım”, “buna cəsarət lazım idi”, “fəxr edirəm” və “gözəl insansınız”. Hamımız vətəndaşı olduğumuz Azərbaycanının rəhbəri olan Prezident İlham Əliyevin ünvanına deyilən bu cür sözlər sanki hər birimizin ünvanına dünyanın bir nömrəli dövlətinin rəhbəri tərəfindən deyilmiş unudulmaz kompliment kimi dəyərləndirilməlidir.

Əlbəttə ki, bu cür tarixi anlar unudulmazdır və bu nailiyyətlər dövlətçiliyimizin inkişafı, habelə gələcək nəsillərin rifahı naminə mütləq olaraq istifadə olunmalıdır. Ümid edirik ki, Azərbaycanın müasir tarixi ilə məşğul olanlar təkcə sitatlarının qeyd olunması ilə öz işlərini yerinə yetirmiş hesab etməyəcəklər. Bu cür tarixi anlar və uğurlar mütləq şəkildə müxtəlif elmi işlərin predmtinə çevrilməlidir. Məhz bu cür nailiyyətlər sayəsində Azərbaycan xalqının bir parçası olduğu üçün hər bir vətəndaşımız daim fəxr hissi yaşayacaq, bu ülvi hislər isə hər birimizi daha böyük uğurlar naminə mübariz olmağa sövq edəcəkdir. İnkişafı və ideoloji vahidliyi istəməyənlər isə bütün zamanlarda hər vəchlə istənilən nailiyyəti ucuzlaşdırmağa çalışacaqlar.

Prezident Donald Tramp öz çıxışında ötən münaqişə dövrünü xarakterizə edən zaman “Bütün bu illər ərzində buna cəsarət lazım idi” fikrini səsləndirmişdir. Xüsusi olaraq ona diqqət yetirilməlidir ki, Donald Tramp Prezident İlham Əliyevin mövcud istiqamətdə apardığı siyasəti xarakterizə etmək üçün məhz “cəsarət” sözündən istifadə etmişdir. Bu ifadə onun etirafıdır ki, milli maraqlar naminə dövlət başçısı bəzən hətta beynəlxalq ictimai rəyə qarşı gedib və heç bir təzyiqə məhəl qoymayıb. Məhz bu cür keyfiyyətlər və nümayiş olunan bu cür prinsipiallıq ABŞ kimi dövlətin rəhbərini vadar edib ki, Prezident İlham Əliyevi Böyük Lider adlandırsın. Bəli, bütün təzyiq və manipulyasiyalara rəğmən “Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq” kimi sərt bəyanatların çəkinmədən səsləndirilməsi üçün məhz cəsarət tələb olunur.

Biz ona da dəfələrlə şahidlik etmişik ki, dövlət başçısı bütün dövrlərdə ucuz populizmdən qaçıb və bu yanaşmanı hətta tənqid edib. Səsləndirilən qərəzli tənqidlərə isə konkret nəticə və böyük nailiyyətlər ilə cavab verilib. Unutmayaq ki, peşəkarlıq və məsuliyyət hissi populizmi sevməz, populizm yalnız anlıq siyasi divident qazanmaq uğrunda aparılan çirkli mübarizənin ətrafında dolaşar. Prezident İlham Əliyevin növbəti sözləri isə: “Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”, – sadəcə cəsarətin təzahürü deyil, onlar müəyyən olunmuş strategiyaya və milli maraqlara sadiqliyin göstəricisidir.

Asif Adil

Previous Post

Bakıda 17 minlik mal-qara oğurlandı

Next Post

“Ukrayna və Suriya diplomatik münasibətləri bərpa edib” – Zelenski

Bənzər yazılar

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

05 Avqust 2026 - 16:46

Tarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi...

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

05 Avqust 2026 - 16:31

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə sıx əməkdaşlıq edən Kanada Siqh Federasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Moninder Singh Bualın beynəlxalq təşkilatlara...

Azərbaycan İranı qardaş ölkə hesab edir – Hikmət Hacıyev

Azərbaycan İranı qardaş ölkə hesab edir – Hikmət Hacıyev

05 Avqust 2026 - 15:53

"Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda...

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48

Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsində iştiraka görə şübhəli bilinən 402 nəfər saxlanılıb, onların arasında 156 yetkinlik yaşına çatmayan...

Next Post
Ukrayna prezidenti Zelenski Türkiyəyə təşəkkür edib

"Ukrayna və Suriya diplomatik münasibətləri bərpa edib" - Zelenski

Ermənistan büdcəsində şok artım

Ermənistan büdcəsində şok artım

Comments 5

  1. Vaqif Qurbanov says:
    10 ay ago

    Bu yazı tamamilə doğrudur, siyasətdə rəmzlərin nə qədər önəmli olduğunu gözəl izah edib. Həqiqətən də, tarixdən bu günə qədər böyük siyasətçilər jest və rəmzlərdən uğurla istifadə ediblər. Bu cür kiçik jestlərin böyük mənalar kəsb etdiyini də gözardı etmək olmaz.

    Reply
  2. Ülviyyə Səfərova says:
    10 ay ago

    Bu məqalə siyasətdə jest və rəmzlərin rolunu çox gözəl izah edir. Həqiqətən də, bəzən bir neçə söz və ya jest böyük nəticələrə səbəb ola bilər. Trampın İlham Əliyevə dediyi sözlər də bunun ən bariz nümunəsidir. Bu cür diplomatik gedişlər həm iki ölkə arasında münasibətləri gücləndirir, həm də xalqlar arasında anlaşmanı artırır.

    Reply
  3. Fidan Rzayeva says:
    10 ay ago

    Əlbəttə, mətnlə tam razılaşan bir şərh yaza bilərəm:

    Həqiqətən də, tarixdən bu günə qədər siyasətdə jest və rəmzlərin nə qədər əhəmiyyətli olduğunu gözardı etmək olmaz. Diplomatik münasibətlərdə bəzən ən soyuq danışıqlardan daha təsirli ola bilir. Bu cür ünsürlər etibar və güvən yaradaraq kütlənin dəstəyini qazanmağa kömək edir. Prezident Trampın İlham Əliyevə ünvanladığı sözlər də bunun bariz nümunəsidir.

    Reply
  4. Aybəniz Tağıyeva says:
    10 ay ago

    Siyasətdə jest və rəmzlərin gücü həqiqətən də heç vaxt bitmir. Müəllif düz deyir, bəzən bir neçə söz və ya kiçik bir jest, saatlarla davam edən danışıqlardan daha çox iş görə bilər. Trampın İlham Əliyevə dediyi sözlər də bunun parlaq nümunəsidir, kiçik görünsə də, çox böyük məna kəsb edir. Belə məqamlarda siyasətçinin peşəkarlığı və cəsarəti ortaya çıxır, sanki champion kimi!

    Reply
  5. Səbinə Hüseynova says:
    10 ay ago

    Müəllifin bu mövzuda yazması çox maraqlıdır. Siyasi rəmzlər haqqında bu qədər dərin məlumatlar verməsi təəccübləndiricidir. Elə düşünürəm ki, jestlər və rəmzlər siyasətdə həqiqətən də böyük rol oynayır. Bu mövzuda daha çox yazı görmək istərdim.

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

05 Avqust 2026 - 19:28
Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

05 Avqust 2026 - 19:19
Salyanda yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb

05 Avqust 2026 - 19:11
Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək

Metropoliten: İcra olunan layihələr ictimai nəqliyyatın daha səmərəli təşkilinə təkan verəcək

05 Avqust 2026 - 18:57
Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

05 Avqust 2026 - 18:45
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40
Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

05 Avqust 2026 - 18:36
İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

05 Avqust 2026 - 18:23
“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik

“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik

05 Avqust 2026 - 18:13
“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi

“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi

05 Avqust 2026 - 17:59
ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

05 Avqust 2026 - 17:46
Abbas Əraqçi Pakistana səfər edəcək

Abbas Əraqçi Pakistana səfər edəcək

05 Avqust 2026 - 17:40
Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

05 Avqust 2026 - 17:33
Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

05 Avqust 2026 - 17:25
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust 2026 - 17:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.