"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Siyasi həqiqətləri gizlədən suallar

07 Avqust 2026 - 12:51
in XƏBƏR LENTİ
FacebookVatsap

Əlbəttə ki, heç bir fikir, yanaşma, yaxud düşüncə tərzi universal sayılmaz və istənilən fikri rahatlıqla mübahisələndirmək olar. Ələlxüsus ona görə ki, bəzən mübahisə zamanı yaşanan emosiyalar həqiqəti unutdurur və onu diqqətdən kənarda saxlayır. Bu da bir danılmaz həqiqətdir ki, siyasətin ətrafında hər zaman sirlər dolaşacaq. Sirlər olan yerdə isə cavabsız qalmış suallar da olacaq. Bəzən baş verən hadisələrin əsl mahiyyət və səbəbini anlamaq üçün doğru sualların verilməsi prinsipial məsələyə çevrilir. Çünki, yanlış suallar yanlış təsəvvürlərin formalaşmasına gətirib çıxara bilir.

Bunu da oxuyun

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Media və Yayım Şurası yaradılıb

“Yeni Müsavatın” səhifələrində akademik polemikanı açmaq niyyətində deyilik, buna heç ehtiyac da yoxdur. Mahiyyət etibarı ilə mürəkkəb olan akademik yanaşma insanları daha da çaşdıracaq və açıq sualların sayını təbii olaraq artıracaq. Buna baxmayaraq bizi düşündürə biləcək suallardan qaçmaq olmaz, əksinə onları səsləndirmək lazım, çünki düşündürən suallar vətəndaşı qərəzli manipulyasiyalardan və kənardan zorla yeridilən hazır yad düşüncə modellərdən qoruya bilər. Sağlam cəmiyyətin qurulması prosesində manipulyasiyaların, xüsusilə ideoloji manipulyasiyaların neytrallaşdırılması məsələsi olduqca vacib vəzifədir. Digər tərəfdən, cavabsız qalmış sualların sayı azaldıqca “alverçi” təfəkkürlü siyasətbazların manevr imkanları da məhdudlaşır.

​Mövcud kontekstin inkişafında oxucunu yormadan, əksinə onu düşündürəcək və mövzuya maraq yaradacaq, həmçinin bəzi siyasi həqiqətlərin qapılarını müəyyən qədər aralayacaq bir neçə sualı burada qeyd edək. Nədən bizi israrla inandırmağa çalışırlar ki, çoxpartiyalılıq demokratiyanın mükəmməl təzahürüdür? Əgər belədirsə niyə demokratiyanın “beşiyi” hesab olunan ABŞ-da tarix boyu keçirilən müxtəlif seçkilərdə əsas “rəqabət” yalnız demokrat və respublikaçılar arasında gedir? Nədən məhz populyar və müasir hesab olunan “reytinq” məfhumu bizim işçi və məişət təfəkkürümüzə yeridiləndən sonra dövlət, cəmiyyət və fərdlər müstəvisində aparılan rəqabətdə “kəmiyyət” amili “keyfiyyət” amilini üstələməyə başladı? Nədən “demokratiyanın” önəmli “inkişaf” mərhələsi və plüralizmin prinsipial meyarı hesab olunan senzura aradan qaldırılan kimi “çap makulatura” çoxalsa da xalqın tarixində yer tutmaq iddiasında olacaq şedevr əsərlərin sayı “0” ətrafında dolaşmağa başladı? Nədən reytinq arxasınca qaçan və yaşam uğrunda mübarizə aparan televiziya artıq öz ideoloji məzmunundan qorxur və bütün mənəvi əyləcləri itirmiş sosial şəbəkələr ilə mübarizə aparmağa məhkum olub? Niyə məhz “yüksək reytinq” incəsənətdə keyfiyyətli işin əsas meyarı olduqdan sonra milli identikliyimizdən uzaqlaşmağa başladıq, bayağılıq isə dayanmadan irəliləyir? Nədən müstəqillik əldə olunandan dərhal sonra Azərbaycan kimi kiçik bir ölkədə birdən-birə 70-ə yaxın siyasi partiya yaradılmışdır? Nədən tarixi Qələbədən sonra ideoloji missiyasını bitirmiş hesab edən siyasi partiyaların yarısından çoxu öz fəaliyyətini dayandırdıqları üçün bəzi dairələr çox narahat olmağa başladı və müxtəlif təxribatlara əl uzatdı? Nədən məhz qarışıq doxsanıncı illərin əvvəllərində siyasət təsadüfi insanlar ilə bürünmüşdür? Nədən Azərbaycan xalqının tarixi birliyini imtahana salmaq üçün bəzi məsuliyyətsiz siyasətbazlar vasitəsilə “milli azlıq” mövzusu vaxtaşırı şəkildə ortalığa atılır?

​Əcəba bütün bu sualların arxasında Azərbaycan cəmiyyətini parçalamaq, milli birliyi pozmaq və ideoloji əsasları yaralamaq kimi mənfur məqsədlər dayanmayıb ki? Kiçik bir ölkədə qısa müddət ərzində 70-ə yaxın siyasi partiyanın yaradılması bilavasitə cəmiyyətin ideoloji parçalanmasına xidmət etmirmi? Burada “maraq” üçün qeyd edək ki, siyasi nəzəriyyədə 70 adda ideologiya növünü tapmaq belə mümkünsüzdür. Deyə bilərik ki, istisnasız olaraq bütün sahələrdə müşahidə olunan “gözüyumulu” reytinq ovu inkişafa yox, məzmunun deqradasiyasına səbəb olur. Yenə də “maraq” üçün yada salaq ki, nəhəng SSRİ-nin dağılmasının əsas səbəblərindən biri məhz yalançı hesabatlar uğrunda aparılan yarışlar olub.

Səriştəsiz, hazırlıqsız və müstəqilliyin oksigen bolluğundan müvazinətini itirmiş kövrək dövlət “inportnıy demokratiya” küləyinin gətirdiyi uydurma psevdoliberalizm məfhumlarına qucaq açmışdır. Bu “külək” də gənc dövlətə müxtəlif təhlükələr yaşatdı. Dünyanın siyasi xəritəsində adı belə çətinliklə tapılan kövrək müstəqilliyi yaşayan Azərbaycanda birdən-birə 70-ə yaxın siyasi partiyanın yaradılması nədən beynəlxalq ictimaiyyətin marağında olmuşdur? Əcəba ona görə yox ki, cəmiyyətdə ideoloji birliyin qarşısı alınsın və davamlı münaqişələrin yaranması üçün zəmin olsun?

Bu gün artıq ərazi bütövlüyü tam olaraq bərpa etmiş xalq kimi geriyə dönüb keçmişimizə nəzər yetirsək anlaya bilərik ki, doxsanıncı illərin əvvəlində ayaq üstə sərbəst dayanıb müstəqil yeriməyi belə bacarmayan xalqın siyasi təfəkkürünə demokratiya haqqında təhrif olunmuş təsəvvürlər damcı-damcı ona görə yeridilib ki, burada tədricən idarə olunan xaos mühiti yaradılsın. Yenidənqurma dövrü ilə paralel olaraq başlamış qloballaşma və total modernləşmə dalğalarının təsiri altında “milli identiklik” məfhumunun mahiyyəti o qədər cılızlaşmışdır ki, xalqın vahidliyi məsələsi az qala aktuallığını itirmişdir.

ChatGPT Image Aug 6, 2026, 10_56_34 AM.png (2.93 MB)

Əlbəttə ki, bu cür tendensiyaların hədəfi dövlət və xalqı parçalamaq idi. İfrata uğramış azadlıq hissinin hərarəti o dərəcəyə qədər artmışdır ki, həmrəylik mühiti üçün yenə də təhlükələr yaranmışdır. Nədənsə siyasi hesabatları hazırlayan beynəlxalq təşkilatlar öz “qaralamalarında” Azərbaycanda tarixən yaşanan multikultural ənənələrindən yan keçərək açıq şəkildə spekulyativ məqamlara qərəzli şəkildə diqqət çəkirdilər? Əcəba ona görə yox ki, monolit cəmiyyəti var güclə parçalamaq istəyirlər? Nədən Avropa multikultural dəyərlərin böhran dövrünü yaşayan zaman Azərbaycanın beynəlxalq münasibətlər sistemində mulyikulturalizm prinsiplərinin təbliğinə xidmət edən qlobal təşəbbüsləri kölgədə saxlanılır? Nədən hesabatları hazırlayan və beynəlxalq qanunlarının carçısı olmalı həmin təşkilatlar Azərbaycanın Milli Məclisində 11 siyasi partiyanın təmsil olunması faktını görməzdən gəlirlər? Məsələ ilə bağlı cəmi bir neçə misal gətirək: Yunanıstanın qanunverici qurumunda 8, İspaniyada 11, Almaniyada 7, İsveçdə isə 8 siyasi partiya təmsil olunur. Dünya birliyinin tam hüquqlu üzvü olan Azərbaycanın inkişafını arzulayan təşkilat nədən bu cür müqayisələri aparmır? Niyə “demokratiya carçısı” olan bu təşkilatlar israrla ona göz yumurdular ki, Azərbaycanda faktiki olaraq uzun illər ərzində müxalifətçiliyə bir siyasi partiya inhisarçılıq edirdi? Əcəba ona görə yox ki, öz mənfur planlarının həyata keçirmək üçün bir partiya ilə razılığa gəlmək daha asandır? Xatırladaq ki, məhz Azərbaycan hökumətinin siyasi partiyalar müstəvisində apardığı islahatlar nəticəsində sözügedən inhisarçılıq aradan qaldırıldı və partiyaların təkamül yolu ilə inkişaf prosesi başladı.

Əlbəttə ki, siyasi həqiqətlərin qapılarını açan bu cür sualların sırasını artıra bilərik. Ancaq heç bir halda unutmaq olmaz ki, Azərbaycanın gələcəyi və onun inkişafı məhz vahid xalqın iradəsindən asılıdır. “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür”, – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev. Odur ki, bu dövlət və millətin əsl vətənpərvəri olan və onun rifahını arzulayan hər bir məsuliyyətli vətəndaş öz gündəlik fəaliyyəti ilə xalq-dövlət birliyinin toxunulmazlığına xidmət etməlidir.

Asif Adil

Previous Post

13 stomatoloq məsuliyyətə cəlb edilib

Next Post

Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

Bənzər yazılar

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48

Media və Yayım Şurası yaradılıb. Elchi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının...

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...

Next Post
Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

"Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var" - Quterreş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Meşələrdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib – VİDEO

Meşələrdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib – VİDEO

10 Avqust 2026 - 12:29
7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

10 Avqust 2026 - 12:22
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

10 Avqust 2026 - 12:14
Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

10 Avqust 2026 - 12:08
“Real Madrid” gəlirlərini rekord həddə çatdırdı

“Real Madrid” gəlirlərini rekord həddə çatdırdı

10 Avqust 2026 - 11:55
Uşaq yerində oturmadı, uçuş ləğv edildi

Uşaq yerində oturmadı, uçuş ləğv edildi

10 Avqust 2026 - 11:43
Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

Fransanın cənub-şərqində yanğınsöndürmə işləri davam edir

10 Avqust 2026 - 11:31
Litva Baş naziri Prezident İlham Əliyevə zəng edib

Litva Baş naziri Prezident İlham Əliyevə zəng edib

10 Avqust 2026 - 11:20
Qərbi Avropada yayda rekord qırılan temperatur

Qərbi Avropada yayda rekord qırılan temperatur

10 Avqust 2026 - 11:17
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

10 Avqust 2026 - 11:10
ABŞ Trampın İranı necə cəsarətləndirdiyini açıqladı

ABŞ Trampın İranı necə cəsarətləndirdiyini açıqladı

10 Avqust 2026 - 11:06
ABŞ-ın İran blokadası ilə bağlı bəyanatı

ABŞ-ın İran blokadası ilə bağlı bəyanatı

10 Avqust 2026 - 10:58
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dolları ötüb

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dolları ötüb

10 Avqust 2026 - 10:50
Avropada iqlim fəlakəti: 250 min ölüm təhlükəsi

Avropada iqlim fəlakəti: 250 min ölüm təhlükəsi

10 Avqust 2026 - 10:44
Hindistanın Assam əyalətində daşqınlarda ölənlərin sayı 100-ə çatıb

Hindistanın Assam əyalətində daşqınlarda ölənlərin sayı 100-ə çatıb

10 Avqust 2026 - 10:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.