Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun oğlu qəza törədib.
Bu barədə Mia.az-a məlumat verən şəxs deyib ki, başçının oğlu Emin Camalov yol polisi əməkdaşıdır. E.Camalovun DYP avtomobilində qəza törətdiyi bildirilir.
Məlumata görə, qəza zamanı xəsarət alan da olub. Hadisəni ört-basdır etmək üçün dərhal yeni avtomolin alindiği da bildirilir.
Məsələylə bağlı münasibət öyrənmək cəhdlərimiz alınmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq.