Sinqapur sularında iki gəmi toqquşub. |
Bildirilir ki, texniki gəmi Dominikan respublikasına məxsusdur. Onun göyərtəsində 11 Çin və 1 nəfər də Malayziya vətəndaşı olub. Toqquşma nəticəsində bu gəmi aşıb. Hazırda o suyun altındadır. Qeyd edilir ki, 7 nəfəri xilas etmək mümkün olub. Xilas edilənlər Sinqapur xəstəxanasına yerləşdirilib.
26 nəfərlik ekipajı olan İndoneziya tankeri elə də ciddi zədələnməyib və xəsarət alan yoxdur.
İnsidentin səbəbləri araşdırılır.



















Son şərhlər