Türkiyəli siyasətçi Sinan Oğan Azərbaycana dəstək paylaşımı edib.
Elchi.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Azərbaycanın bayrağı və gerbi ilə fotosunu paylaşaraq “Xankəndi türk dünyasının qürurudur” sözlərini qeyd edib.
Diqqətçəkən məqam isə fotonun üzərində tərsinə qeyd olunmuş “A” simvolu olub. Belə ki, sözügedən simvolla bağlı günlərdir müxtəlif iddialar səsəndirilir.
Ermənilər sözügedən simvolu V (Viktoriya)-qələbə, A-Azərbaycan, V-nin ortasındakı xəttin (-) isə Zəngəzur dəhlizinin açılmasına işarə olduğunu iddia edirlər.
Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətiylə paylaşım edib. Elchi.az...





















Son şərhlər