"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Simsiz teleqrafçılıqdan jurnalistikaya: nəyi necə etməli?

07 Avqust 2014 - 16:07
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Rahib Rəqibpublika.az140739508810255551_634443213306439_3553450133597179367_n  

Son vaxtlar jurnalist fəaliyyətini “uğursuz mirzəlik”, “hər yerdən xəbər verən, amma heç nədən xəbəri olmayan simsiz teleqraf Fatmanisələrin” səviyyəsinə, yəni səviyyəsizliyə endirənlər üçün oxuduqlarım, müşahidə etdiklərimə əsasən xüsusi olaraq yazdım…   

Jurnalist öz fəaliyyəti ilə təbliğat işi apararaq cəmiyyəti mövcud ictimai-siyasi həyatda fəal iştirak etməyə sövq edir, onu düzgün istiqamətə yönləndirir. Jurnalistikanın əsas uğuru da elə insanların cəmiyyətdə gedən proseslərdə, sosial-iqtisadi həyatda fəal iştirakını, məqsədyönlü fəaliyyətini təmin etməkdir. Jurnalist əməyinin yaradıcı xarakteri onun yenilikçiliyi, proqressivliyi, tarixi novatorluq missiyası ilə ölçülür. Bu “yaradıcı əmək” cəmiyyətdə mövcud sosial problemlərin həllinə yönəlməklə jurnalisti yeniliyin təbliğatçısına, cəmiyyətin inkişafının istiqamətvericisinə, təşviqatçısına, təşkilatçısına çevirir. Jurnalistikanın inkişafı, canlanması cəmiyyətin mənəvi tələbatının yüksəlməsi ilə müşayiət olunur. Oxucuya, tamaşaçıya, dinləyiciyə təsir etməklə jurnalist sosial idarəetmə prosesinin iştirakçısına çevrilərək onların şüuruna, davranışına təsir göstərir. Amma bu, sözün birbaşa mənasında idarəetmə funksiyasından köklü surətdə fərqlənir. Belə ki, oxucunun, tamaşaçının, dinləyicinin jurnalistika məhsullarına qarşı münasibətdə seçim hüququ, azadlığı var. Onu bu və ya digər məqaləni, oçerki, reportajı oxumağa, müəllifin düşüncələri ilə razılaşmağa məcbur etmək olmaz. Buna görə də jurnalist oxucunun fəallığını, maraq dairəsini, eləcə də sərbəstliyini nəzərə almaqla, onun istəyindən asılı olmayaraq müəyyən istiqamətə yönləndirə bilər. Sosial-iqtisadi şərait, cəmiyyətin siyasi görüşləri, mövcud ictimai-siyasi vəziyyət jurnalistin yaradıcılıq fəaliyyətini müəyyənləşdirən faktorlar, amillərdir. Öz fəaliyyətini düzgün təşkil etmək üçün jurnalistdən yüksək erudisiya, bədii təxəyyül və zövq, obyektivlik, doğru-düzgün, qərəzsiz informasiya toplamaq, nəticə çıxarmaq bacarığı, prinsipiallıq, operativlik, dəqiqlik, cəsarət və araşdırma qabiliyyəti tələb olunur. Amma jurnalistə lazım olan cəhətlər, keyfiyyətlər bununla bitmir. Jurnalist, belə demək mümkünsə, cəmiyyətdən gələn hər cür “sosial sifarişə” operativ cavab verməyə hazır olmalıdır.

 Yaradıcılıq fəaliyyətində mühüm rolu olan amillərdən biri də jurnalist etikasıdır. Bu, jurnalistin ideoloji baxışlarının, yaradıcılıq potensialının onun davranış prinsipləri ilə vəhdətidir. Jurnalist həm də vətəndaş mövqeyindən çıxış edərək insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalı, vicdanlı, qərəzsiz olmalıdır. Peşəkarlığından, yaradıcılıq potensialından asılı olmayaraq jurnalist üçün mövcud etik normalar həmişə dəyişməz qalır.

 Jurnalistin formalaşması və inkişafı onun bilik və bacarığını, daim yenilənən informasiya ehtiyatını artırması sayəsində mümkündür. Jurnalistin peşəkarlığı əsasən onun geniş dünyagörüşü, faktları analiz etmək, ümumiləşdirmək bacarığı ilə ölçülür. Yalnız yüksək intellektə malik olan, soaial həyatın aktual hadisə və faktlarını dərindən dərk edib təhlil edən jurnalist peşəkar hesab oluna bilər. Təkrarolunmaz olmaq üçünsə jurnalistin öz dəst-xətti olmalıdır. Qələmindən çıxan hər sətirdən tanınan, fikrini qeyri adi formada ifadə tərzi ilə seçilən müəllif əsil jurnalistlərdir.

 Jurnalist peşəkarlığının formalaşması intellektual səviyyənin yüksəlməsi, güclü müşahidə qabiliyyətinin, yaradıcı təxəyyülün, obrazlı və emosional yaddaşın, dilin təsir vasitələrindən, yaradıcı imkanlarından səmərəli istifadə etmək bacarığının formalaşması nəticəsində mümkündür. Ümumilikdə cəmiyyətə ideoloji təsir göstərən jurnalist bu keyfiyyətlərə, yüksək sosial dünyagörüşünə malik olmaqla yanaşı ayrı-ayrı faktlara insan talelərinə, konkret ictimai hadisələrə qeyri-adi, fərdi baxışı ilə seçilir. O, aktual problemləri işıqlandırmaqla, faktları dərindən təhlil etməklə oxucunun, tamaşaçının etimadını, inamını qazanır.

 Peşəsinin ustası kimi formalaşıb auditoriyanın etimad və inamını doğruldaraq oxucularla mütəmadi ünsiyyət “hüququ” qazanan jurnalistin peşəkarlığı, xüsusilə onun həyat həqiqətlərini dərk edərək yaradıcı üsul və vasitələrdən bacarıqla istifadə etməsindən də çox asılıdır. Auditoriyaya effektli təsir qüvvəsi jurnalistikanın sosial təyinatı ilə müəyyənləşir. Bu isə insan şüuruna ideoloji və daha çox elmi biliklər aşılamaqla təsir etməkdən ibarətdir. Jurnalistin fəaliyyəti, hər şeydən əvvəl cəmiyyətin mənəvi tərbiyəsinə, mənəvi dəyərlərin qorunub inkişaf etdirlməsinə yönəlib. Jurnalist öz bilik və bacarığına, malik olduğu sosial informasiyaya söykənərək yenilikçi, proqressiv sosial qüvvələrin mövqeyindən çıxış edib həyat həqiqətlərini qələmə almalı, əks etdirməlidir. Bu mənada jurnalistin peşəkarlığı daha çox onun müşahidə qabiliyyəti və bu yolla əldə olunan informasiya və faktları saf-çürük etmək, incələmək bacarığı ilə ölçülür. Müşahidə prosesinin uğuru isə təkcə görmə və eşitmə qabiliyyəti ilə deyil, eyni zamanda baş verənlərin incəliklərinə, mahiyyətinə varmaq, analitik metodlarla həqiqəti üzə çıxarmaqla müşayiət olunur. Müxtəlif yaradıcı məqamlarda hadisənin gözlənilməz çalarlarını, qəhrəmanın xarakterindən qeyri-adi xüsusiyyətləri müşahidə etmək bacarığı müəllifə daha müfəssəl, maraqlı, oxunaqlı, dürüst material ortaya çıxarmağa imkan verir. Qeyri-adi müşahidə qabiliyyəti jurnalistə məlumat və faktları ustalıqla incələyərək hər kəsin görə bilmədiyi, ehtimal belə etmədiyi xarakterik cəhətləri, həyat həqiqətlərini üzə çıxarmağa şərait yaradır. Çox zaman jurnalist nələri müşahidə edəcəyini, hadisələrin ardıcıllığını, gedişatını əvvəlcədən təxmin edir. Dəqiq ünvanın və faktın, obyektin, hədəfin olması jurnalistin operativ fəaliyyətini təmin edir. Amma bu cür müşahidə yalnız kiçik həcmli xəbər və materialların hazırlanmasına imkan verir. Belə ani müşahidə məqalə, oçerk və felyetonun hazırlanması üçün kifayət deyil. Bu cür materialların ərsəyə gətirilməsi üçün uzunmüddətli, geniş müşahidə apararaq, obyekti, insanları hərtərəfli öyrənmək, hadisələrin dinamik inkişafını izləyib araşdırmaq gərəkdir. Bu cür müşahidə jurnalistikanın xarakterinə daha çox uyğun gələnidir. Müşahidələr jurnalist tərəfindən açıq və eləcə də gizli şəkildə aparıla bilər. Lakin ikincini həyata keçirərkən mənəvi və etik normalar, qaydalar gözlənilməlidir. Həm də “gizli” deyərkən, bu sözün birbaşa mənasından çox jurnalistin müşahidə apararkən öz qeyd dəftərçəsi ilə yeri gəldi-gəlmədi ortada dolaşaraq yersiz və aramsız suallar verməsi demək deyil. Bundan əlavə elə hallar var ki, bu zaman açıq müşahidə aparmaq arzuolunmazdır. Deyək ki, jurnalist xəstəxananın aparıcı cərrahları haqda reportaj hazırlamalıdır. Bu zaman onun cərrahiyyə otağında açıq-aşkar iştirak etməsi prosesin gedişinə mane ola bilər. Ona görə də belə olan halda jurnalist gizli müşahidə aparmalı və ya ağ xalat geyərək həkim briqadasına mane olmamaq, qəhrəmanlarının fəaliyyətini daha yaxından izləmək üçün onların sırasına qaynayıb qarışmalıdır. Ya da cəbhə bölgəsindən, qaynar nöqtələrdən reportaj hazırlayan jurnalist yaxşı olar ki, belə hallarda maskalanmaq üçün istifadə olunan səhra geyimindən, zirehli gödəkçə və dəbilqədən istifadə etsin. Bu, onun özünü qəhrəmanları ilə bir sırada hiss etməsi, hər şeydən əvvəlsə, öz təhlükəsizliyi üçün vacibdir. Müşahidəni inkar edən situasiyalar da mövcuddur. Məsələn, jurnalist məhkəmənin qərarı olmadan istintaq işinin gedişatına müdaxilə edə bilməz.

Sosial informasiya mənbələrinin çoxluğu, rəngarəngliyi jurnalsit yaradıcılığının keyfiyyətini, səviyyəsini yüksəldən amillərdəndir. Müşahidə ilə yanaşı həqiqi faktları özündə əks etdirən sənəd və sübutların olması da jurnalistin işinin keyfiyyətində mühüm rol oynayır. Müxtəlif sənədlər – dövlət orqanlarının qərar və sərəncamları, statistik məlumatlar, maliyyə hesabları, ərizə, şikayət və sair jurnalistin peşəkar fəaliyətini təmin edən, onun faktları analiz edərək düzgün nəticəyə gəlməsinə kömək edən mühüm faktorlardandır. Sənədlərlə işləmək bacarığı jurnalsit peşəkarlığının mühüm elementidir. Jurnalistin öz kartotekası, təəssürat və söhbətlərin qeydi aparılan dəftərçəsi müxtəlif fakt və dəlillərlə zəngin arxivi olmalıdır. Sənəd və faktlarla işləyərkən jurnalist əsl həqiqəti üzə çıxarmaq üçün analitik təhlil aparmaq imkanı əldə edir.

 Mövzu üzərində işləyərkən həqiqəti üzə çıxarmaq üçün analiz prosesindən çox şey asılıdır. Analiz zamanı jurnalist “Nəyi fərtqləndirməli? Nə dərəcədə fərqləndirməli? Hansı ardıcıllıqla?” suallarına cavab tapır. Hadisə və faktların analiz olunmasının nəticəsində jurnalist ümumiləşdirmə edərək mövqeyini ortaya çıxarır. Ümumiləşdirmə apararkən jurnalistin ictimai və vətəndaş mövqeyi, eləcə də düşüncə tərzi və yaradıcılıq yetkinliyi üzə çıxır. Ümumiləşdirmə isə çox vaxt müqayisələrin köməyi ilə aparılır. Bu zaman yalnız faktlar, məlumat və rəqəmlər deyil, onların siyasi, ideoloji mənası, mahiyyəti, əhəmiyyəti də üzləşdirilir, saf-çürük olunur. Eləcə də jurnalist çox vaxt obyektləri fərdi əlamət və xüsusiyyətlərinə görə müqayisə edir. Müqaisə əldə olunan məlumatların analitik təhlilini aparmaq üçün jurnalistikada istifadə olunan əlverişli metodlardandır. Ümumiləşdirmə, analiz, müqayisə bir-biri ilə sıx bağlı olmaqla mükəmməl yaradıcı məhsulun ortaya çıxarılmasında mühüm rolu olan amillərdəndir. Bu üsul və metodları, qazanılan bilikləri təcrübədə reallaşdırmaq bacarığı jurnalistin yaradıcı potensialının, peşəkarlığının göstəricisinə çevrilir.

 Jurnalistika sosial təbiəti, ictimai-siyasi təyinatı, yaradıcı özünəməxsusluğu etibarilə ünsiyyət sənətidir. Jurnalist daim ünsiyyətlə müşayiət olunan hadisə və proseslərin mərkəzində olmaqla, digər peşə sahiblərindən daha çox ünsiyyət saxlamalı olur. Fəal, səmimi ünsiyyət qurmaq bacarığı jurnalsitin peşə bacarığının yüksəlməsini təmin edir, onun yaradıcı qabiliyyətini artırır. Ünsiyyətin məzmun və  istiqaməti müxtəlif olur. Belə ki, hər bir insanın öz ünsiyyət manerası, özünəməxsus xüsusiyyətləri var. Məsələn, işgüzar görüşlərdə qəhrəman çox vaxt sosial şəraitə uyğun olaraq özünü ciddi, bir qədər də qapalı, müəyyən fəaliyyət sahəsinin rəsmi nümayəndəsi kimi aparmaq məcburiyyətindədir. İşgüzar ünsiyyət zamanı fərdin sosial idarəetmədə yeri, xidməti və ictimai mövqeyi əks olunur. Bu cür ünsiyyət əsasən müəyyən ictimai-siyasi proseslər, hadisələrə aydınlıq gətirmək üçün əvvəlcədən planlaşdırılır və rəsmi xarakter daşıyır. Bu zaman şəxsi keyfiyyətlər, portret cizgiləri ikinci plana keçir. Ümumiyyətlə, ünsiyyət prosesi lazımi informasiyanı əldə etmək üçün mühüm bir vasitədir. Qəhrəmanı ilə üzbəüz söhbət etmək və ya telefonla əlaqə saxlamaq, qısa, ani sorğu, ya da geniş söhbətlər, fərdi, eləcə də qrup şəklində olan müsahibələr, öncədən hazırlanmış suallar əsasında müsahibələr aparmaq jurnalistə haqqında yazmağa qalxdığı mövzunu, obyekti daha dərindən öyrənib incələməyə, düzgün nəticələr çıxararaq tutarlı, oxunaqlı material ortaya çıxarmağa imkan verir. Mətbuat aləmi o qədər zəngin və rəngarəngdir ki, sualların qoyuluşu və söhbətin aparılması üçün xüsusi qaydalar müəyyənləşdirmək çox çətindir. Amma buna baxmayaraq, müəyyən qaydalar var ki, jurnalist onlara əməl etsə, söhbətlər də, araya-ərsəyə gətirilən materiallar da mükəmməl, maraqlı və keyfiyyətli olar. İlk növbədə sual çox sadə, ənənəvi, basmaqəlib, ümumiləşdirilmiş olmamalıdır. Məsələn, bir müəssisənin fəaliyyəti haqda material hazırlayarkən onun rəhbərindən və ya fəhlələrindən “İşlər necə gedir?”, deyə soruşmaq adekvat olaraq çox bəsit də cavablandırılar: “Yaxşıdır” və ya “Normaldır”. Amma bu zaman tutaq ki, “Siz bazar iqtisadiyyatının yüksək templə inkişafı, inflyasiya getdiyi bir şəraitdə müəssisənin iş ritmini necə qoruyub saxlaya bilirsiniz?”, deyə soruşulsa, sualın bu cür qoyuluşu həmsöhbətdə öz işindən geniş və səmimi danışmağa maraq oyadar. Jurnalist haqqında yazdığı sahənin insanına onu söhbətə isnişdirən suallar verməlidir. Jurnalist həmsöhbətinə təkcə onun ictimai mövqeyi, rəsmi statusu ilə bağlı suallar verməklə kifayətlənməməli, onu fərdi xüsusiyyətlərini, insani keyfiyyətlərini əks etdirən suallarla da həvəsləndirməlidir. Məsələn, məşhur bir aktyoru səmimi söhbətə çəkmək üçün onun keçmişindən maraqlı fraqment, əhvalat ortaya atmaq olar. Ola bilsin ki, o, futbol azarkeşidir və nə vaxtsa idmana böyük maraq göstərib, həm də bununla məşğul olub. Onda söhbətə belə başlamaq daha məqsədəuyğundur:  “İdmana olan hədsiz marağınız belə, Sizi teatrdan uzaq sala bilməyib. Səbəb nədir? Bilmək olar?”… Bu zaman həmsöhbətiniz keçmiş xatirələrini varaqlayaraq sizinlə daha səmimi olar və onun şəxsi keyfiyyətlərini, xarakterik xüsusiyyətlərini, maraqlı portret cizgilərini daha dəqiq üzə çıxara bilərsiniz. Digər tərəfdən, jurnalist həmsöhbətinin xarakterini, əhval-ruhiyyəsini nəzərə alaraq onun üçün lazımi atmosferi təmin etməli, rahat, səmimi şərait yaratmalıdır. Jurnalist yorğun, kədərli, narahat olsa belə, bunu həmsöhbətinə, ünsiyyətdə olduğu auditoriyaya hiss etdirməməlidir. Suallar isə həmsöhbəti düşündürməli, onun xatirələrini oyatmalı, istiqamətləndirməlidir. Söhbət mübahisəli anlarla müşayiət olunaraq diskussiya xarakterli daşımalıdır. Söhbət zamanı ünsiyyətin qarşılıqlı, dialoq şəklində olması çox vacibdir. Jurnalist təkcə sualı sual xatirinə verməməli, səbr və təmkinlə, diqqətlə dinləməyi də bacarmalı, bununla yanaşı söhbəti idarə etməyi də unutmamalıdır. Bir də, dinləmək bacarığı susaraq qulaq asmaqdan, zahiri diqqət imitasiya etməkdən ibarət deyil. Jurnalist diqqətlə qulaq asarkən həmsöhbətini heyrət, həyəcan bildirən qısa müdaxilələrlə həvəsləndirməlidir (“Aha!..” “Maraqlıdır!..” “Belə də olur?..” və sair). Dinləmək bacarığı, hər şeydən əvvəl, düzgün başa düşmək, deyilənləri doğru, dürüst qiymətləndirmək, söhbətin ana fikrini tutaraq onu lazım olan səmtə yönləndirməkdən ibarətdir. Söhbət zamanı müxtəlif tipli suallardan – açıq və ya gizli, birbaşa və dolayı, şəxsi və rəsmi, əsas və sınaq üçün verilən suallardan ustalıqla istifadə etməkdən çox şey asılıdır. Qeyri-adi, məzmunlu, düşündürücü, bir sözlə, samballı suallar jurnalistin həmsöhbəti ilə ünsiyyətini səmərəli, maraqlı və məzmunlu edir. Bəzən gözlənilməz suala verilən səhv cavab belə quru, basmaqəlib suala verilən cavablardan çox məna yükü daşıyır.

Bütün qeyd olunan qaydalar və normalar jurnalistin fəaliyyətini tənzimləyən amillərdir. Bu qaydalara əməl etmək şərti ilə, öz işinə yaradıcı yanaşmaqla illərin təcrübəsi sayəsində əsl peşəkarlığa nail olmaq mümkündür.

Previous Post

Simsiz teleqrafçılıqdan jurnalistikaya: nəyi necə etməli?

Next Post

Hadisə milyonu ötdü

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Hadisə milyonu ötdü

Hadisə milyonu ötdü

Son xəbərlər

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49
Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43
Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

20 İyul 2026 - 23:41
Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44
Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

20 İyul 2026 - 20:42
Qazaxda ata və qızı göldə batıb

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 - 20:30
Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

20 İyul 2026 - 20:28
ISNA: ABŞ ordusu Şirazı bombalayıb

ISNA: ABŞ ordusu Şirazı bombalayıb

20 İyul 2026 - 20:26
MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

20 İyul 2026 - 19:29
Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

20 İyul 2026 - 19:19
Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

20 İyul 2026 - 19:07
DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

20 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.