Türkiyədə müdafiə sənayesi üzrə fəaliyyət göstərən “SIA Falcon International” adlı şirkət Şimali Koreyaya silah satdığı üçün ABŞ tərəfindən sanksiyaya məruz qalıb.
Elchi.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkətin qurucusu Hüseyn Şahin və iraçı direktoru Ərhan Çulha da sanksiya siyahısına daxil ediliblər.
Onlardan başqa, Ş.Koreyanın Monqolustandakı səfirliyinin ticarət müşaviri Ri Son Un “SIA Falcon International” şirkətinin rəsmiləri ilə görüşdüyü üçün ona da sanksiya tətbiq edilib.
Bundan sonra həmin şəxslər ABŞ şirkətləri ilə ticarət əməkdaşlığında edə və ABŞ-da əmlak sahibi ola bilməyəcəklər.