Şimali Koreya oktyabrın 10-dan oktyabrın 26-dək kəşfiyyat peyki buraxmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Koreya Respublikasının Milli Birlik İnstitutunun məlumatına görə, buraxılış oktyabrın 10-da qeyd olunacaq hakim Koreya Fəhlə Partiyasının yaradılmasının 78-ci ildönümünə təsadüf edir. Bundan əlavə, işə salınma vaxt çərçivəsi Çinin “Bir kəmər, bir yol” forumunun vaxtını nəzərə alır.
Avqust ayında Koreya Mərkəzi Xəbər Agentliyi Şimali Koreyanın kəşfiyyat peykini buraxmaq üçün ikinci cəhdinin uğursuzluqla nəticələndiyini bildirmişdi.Yaponiya hökuməti Şimali Koreyanın ilk kəşfiyyat peyki ilə ballistik raket buraxdığını bildirib.
Nuranə Məmmədova