“Şimal axını” qaz kəmərində baş verən partlayışları araşdıran İsveç prokuroru çərşənbə günü istintaqın gedişi ilə bağlı xüsusi bəyanatla çıxış edəcək. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Dekabrın 20-də İsveç prokurorluğu bildirib ki, qaz kəmərlərində baş verən partlayışlarla bağlı istintaq tamamlanmayıb. Qeyd olunub ki, hələlik İsveç tərəfi hər hansı proqnoz və təfərrüat verə bilməz.
Havar Şəfiyeva