“Şimal axını” boru kəmərinin partlaması ilə bağlı yeni iddia

120

Keçən il “Şimal axını” boru kəmərlərində baş verən partlayışlarla bağlı suallar qalmaqdadır. Almaniya mətbuatında yeni iddia ortaya atılıb. Partlayışlara görə Ukraynanın xüsusi komando komandasının məsuliyyət daşıdığı iddia edilib.
Elchi.az xəbər verir ki, Rusiyadan Avropaya təbii qaz nəql edən “Şimal axını” boru kəmərləri 2022-ci ilin sentyabrında baş verən partlayışlar nəticəsində zədələnib.
Partlayışlarla bağlı çoxsaylı iddialar irəli sürülüb və Almaniya mətbuatında bu məsələ müzakirə olunub.
Der Spiegel jurnalı və ictimai yayım şirkəti ZDF iddia edib ki, boru kəmərlərinə hücumu 6 nəfərlik Ukrayna Xüsusi Komando komandası həyata keçirib.
20-yə yaxın beynəlxalq jurnalist müxtəlif ölkələrin kəşfiyyatçıları, təhlükəsizlik orqanları və bürokratları ilə görüşüb.
Hesabatda təxribatın bütün izlərinin Ukrayna qruplaşmasına işarə etdiyi iddia edilib.
Hollandiya kəşfiyyatının hücumdan əvvəl alman kəşfiyyatına məlumat verdiyi də bildirilib.
Bununla belə, Almaniyanın xəbərdarlıqlara baxmayaraq “Şimal axını” qaz kəmərlərini qorumaq üçün tədbir görmədiyi bildirilib.
Oxşar iddialar əvvəllər də Amerika mətbuatında səslənmişdi.
“New York Times” qəzetinin kəşfiyyat hesabatına əsaslanan xəbərində oxların Ukraynayönlü qrupa işarə etdiyi bildirilib.

Şayəstə Hüseynova