Elchi.az xəbər verir ki, Braziliya prezidenti Lula da Silva İsrailin Qəzza zolağına hücumları ilə bağlı açıqlamasında deyib: “Bu, müharibə deyil. “Bu, müharibə ilə heç bir əlaqəsi olmayan 2 minə yaxın uşağın ölümünə səbəb olan bir soyqırımdır.
İsrailin Qəzza zolağına hücumları 20-ci gündür davam edərkən, hava hücumlarında 2 min 704-ü uşaq olmaqla 6 min 546 fələstinli həyatını itirib. Braziliya prezidenti Lula da Silva dünən paytaxt Brasilada Planalto sarayında İsrailin Qəzza zolağına etdiyi hücumlarla bağlı açıqlamalar verib. Silva, “Bu, müharibə deyil. Bu, müharibə ilə heç bir əlaqəsi olmayan 2 minə yaxın uşağın ölümünə səbəb olan bir soyqırımdır. Uşaqlar bu müharibənin qurbanlarıdır. “Mən başa düşə bilmirəm ki, insan müharibənin nəticəsinin günahsız uşaqların ölümü olduğunu bilə-bilə müharibəyə necə cəsarət edə bilər. Qəzza zolağında əsir saxlanılan braziliyalılara toxunan Lula da Silva, “Qətər əmiri ilə braziliyalı əsirlərin azad edilməsini müzakirə edəcəyəm” deyib.
Şayəstə Hüseynova