Sidneydə NATO əleyhinə aksiya keçirilib

126

Mitinq iştirakçıları söz azadlığına, müharibələrə aparan yalanlara qarşı ayağa qalxıblar.
Elchi.az xəbər verir ki, Sidneydə NATO-ya, müharibələrə və Rusiyaya dəstək əleyhinə kütləvi aksiya keçirilib.
Bundan əlavə, etirazçılar həbsdə olan WikiLeaks-in qurucusu Culian Assanjın azadlığını müdafiə ediblər.
Aksiya iştirakçıları Rusiya bayraqları və şüarlar qaldırıb, söz azadlığına və müharibələrə aparan yalanlara qarşı çağırış ediblər. Qeyd edək ki, Avstraliyanın rəsmi mediası mitinqə məhəl qoymayıb.Culian Assancın atası Con Şipton da tamaşaçılara müraciət edib. O, mitinqin tribunasına qulaqcıqlı papaqda çıxıb.
RİA Novosti xəbər verir ki, “Avstraliya kazak”ı Semyon Boykovun sözlərinə görə, Sidneydəki mitinqə ən azı üç min iştirakçı toplaşıb.
Bu arada NATO Soyuq Müharibədən sonra ilk dəfə olaraq Rusiya ilə münaqişə vəziyyətində müdafiə planı üzərində düşünür. Alyans Vilnüsdə keçiriləcək sammitdə “minlərlə səhifəlik” hərbi planları təsdiqləməyə hazırlaşır.

Şayəstə Hüseynova