Çinin dövlət agentliyi “Sinxua”-nın məlumatına görə, Çin prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Amerikanın San-Fransisko şəhərinə səfər edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən bildirir.
Bundan əlavə, agentliyin qeyd etdiyi kimi, Çin lideri ABŞ-a səfəri zamanı ABŞ prezidenti Co Baydenlə də üzbəüz danışıqlar aparacaq.
Qeyd olunur ki, Si Cinpinin qarşılanma mərasimində Kaliforniya qubernatoru Qavin Nyusom və ABŞ-ın maliyyə naziri Canet Yellen iştirak ediblər.
“Sinxua” bildirib ki, Çin nümayəndə heyətinin tərkibinə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Katibliyinin birinci katibi Cai Qi, eləcə də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü daxildir.
Yeganə