ÇXR lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu (APEC) sammitində iştirak etməyə dəvət edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinq zamanı məlumat verib.
Forum bu ilin noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək.
Uşakovun sözlərinə görə, Putin Çin liderinin ilin ikinci yarısında ölkəyə səfər etmək dəvətini artıq qəbul edib. Səfərin dəqiq tarixləri daha sonra razılaşdırılacaq.
Məryəm




















