"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Şeyxin son səlahiyyəti də əlindən alınır

29 Noyabr 2017 - 09:41
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Azərbaycan Türkiyə modelinə keçir; dini fəaliyyətlər böyük ölç üdə dövlətin nəzarətində olacaq; QMİ sədri narazıdır…

Bunu da oxuyun

Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

Böyük Britaniyada yay istiləri 5,2 mindən çox insanın həyatına son qoyub

Serbiyanın sabiq prezidenti Vuçiçə ölüm hədəsi gəlib

Xəbər verdiyimiz kimi, ötən ay Azərbaycan prezidentinin fərmanı ilə “Mənəvi Dəyərlərin Təbliği Fondu” yaradılıb. Prezident fərmanında qeyd olunur ki, fondun yaradılmasında əsas məqsəd mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafını təmin etməkdir. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılması, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi verəcək.

Nizamnamə kapitalı 100 min manat olan fond Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək. Artıq fondun 15 nəfərdən ibarət ştatı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ancaq hələlik fonda sədr və digər ştatlar təsdiqlənməyib. Ehtimal ki, yaxın zamanlarda DQİDK sədri fonda ehtimal ki, öz yaxın ətrafından bir nəfəri təyin edəcək.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun geniş hüquq və səlahiyyətləri var. Onların sırasında mənəvi dəyərlərin qorunması, mənəvi, dini dəyərlərin araşdırılması, dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına dəstək verilməsi, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək, dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım göstərmək, təhsil alanların sosial müdafiəsinin gücləndirilməsinə maddi yardım, istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına maddi yardım göstərilməsi, din sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflərin verilməsi, habelə müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək və sair.

Image result for Allahşükür

Müşahidəçilərə görə, yeni fond Türkiyədə mövcud olan dini sistemin elementidir. Türkiyədə Diyanet İşləri Başqanlığının yanında Diyanet Vəqfi fəaliyyət göstərir. Təxminən səlahiyyətləri Azərbaycanda yaradılan fondla eynidir. Məscid tikintisi, dini dəyərlərin təbliği, dini təhsilə dəstək və sair. Ümumiyyətlə, son bir neçə ildə Azərbaycanda din-dövlət münasibətlərində Türkiyə modelinin tətbiqi müşahidə edilir. Dövlət dini fəaliyyətləri özü  müvafiq qurumlar vasitəsilə həyata keçirir.

Yeri gəlmişkən, gələn ildən Azərbaycanda məsciddə rəsmi olaraq təyinatı olan din xadimlərinə dövlət tərəfindən maaş veriləcək. Bizə çatan məlumata görə, “Mənəvi Dəyərlərin Təbliği” Fondunun ilk və hələlik yeganə vəzifəsi din xadimlərinə maaş vermək olacaq. Ölkə üzrə fəaliyyət göstərən 1500-dən çox məscid var və bunların hələlik yalnız yarıya qədərinə rəsmi təyinat olub. Bizə çatan məlumata görə, tezliklə yerdə qalan məscidlərdə də rəsmi təyinat həyata keçiriləcək və bu məscidlər dövlət qeydiyyatına alınacaq, onların işçilərinə – imam və yardımçılarına maaş ödənəcək.

Image result for imam

İki ay əvvəl isə Azərbaycanda da Türkiyədə olduğu kimi din xadimlərinin “imam” adlandırılması təklifi irəli sürülüb və qəbul olunub. Əslində nəzəri baxımdan bu yeniliklər heç də pis deyil. Əksinə, daha mütərəqqi addımdır. Dövlət dini fəaliyyətləri öz təşkil edəcək, onu maliyyələşdirəcək, o cümlədən dini təhsilin də pulsuz olması, dövlət tərəfindən maliyyələşdirilməsi təklifi də səsləndirilib ki, bütün bunlar Azərbaycanda xaricdən dini təsirlərin azalmasına xidmət edən, dini sahəni sağlamlaşdıran addımlardır. Amma ortada bir neçə suallar var. Birincisi, dövlətin indi bu yükü daşımaq imkanı varmı? Müvafiq hüquqi baza, savadlı, uyğun kadrlar yerindədirmi? İkincisi, bu yeniliklər dini camiəni bölməyəcək ki? Məsələ ondadır ki, tarixən, o cümlədən son 200 ildə formal dini qurumlara dövlət nəzarəti olsa da, onlar əsasən dövlət qurumu olmayıb, müəyyən məsafədə dayanıblar. İndi isə dini qurumlar və din xadimləri faktiki olaraq dövlət qulluqçusu statusunda olacaq. Bu halda dindarların bu şəxslərə etimadı, yaxınlaşması nə qədər olacaq?

Təbii ki, bu sualın cavabı mənfidir. Çünki hətta Türkiyənin özündə belə məscidlər dövlət nəzarətində olsa da, əsas camaatlar dövlətdən kənardadır. Dövlətin din üzərində nəzarəti formaldır. Üstəlik, nəzərə almaq lazımdır ki, həm nəzəri baxımdan, həm də təcrübi baxımdan Türkiyədə dövlət nəzdindəki dini qurumlar çox güclüdür və əhalinin tələblərini qarşılamaq iqtidarındadır. Azərbaycanda isə əhalinin böyük əksəriyyətini təşkil edən şiə cəmiəsinin dövlət nəzdindəki ruhaniliyə bağlanması nəzəri olaraq ən azı, çətindir. İkincisi də bunu edə biləcək sayda kadr və potensial yoxdur. Hətta QMİ kimi formal da olsa dövlətdən kənar qurum dindar camiə üzərində ciddi təsirə mail ola bilmədi.

Və nəhayət, bu son addımlar faktiki olaraq ənənəvi dini mərkəzi – QMİ-ni kənarda qoyur. Son qərardan sonra artıq din xadimlərinə maaşları da dövlət verəcək. Bununla da QMİ-nin hətta rəsmi qeydiyyatda olan ruhanilər üzərində təsiri sıfıra enəcək. Çünki hazırkı qaydalara əsasən məscidlərin ərazisi bələdiyyələrə (tarixi abidələr istisna olmaqla), onun icması DQİDK-ya, imam və digər dini vəzifəlilər isə QMİ-yə tabedir. İndi isə faktiki olaraq QMİ-nin məscidlər üzərində təsiri sıfıra enəcək və onun dini sferada yeganə fəaliyyəti dini təqvimlərin, Məhərrəm (yeni il), Ramazan və Qurban bayramlarının daxil olması ilə bağlı fətva verməkdən o tərəfə keçməyəcək. Çünki hüquqi baxımdan QMİ qeyri-hökumət təşkilatıdır və DQİDK-ya birinci icma kimi qeydiyyata alınıb.

Bizə çatan məlumata görə, din sahəsində atılan bu addımlar Şeyxülislamı narazı salıb. Formal olaraq dini qurumlar arasında isti münasibətlər müşahidə olunsa da, Şeyx indiki vəziyyətdən xoşhal deyil. Ancaq atacaq addım da yoxdur. Məsələ ondadır ki, Azərbaycanda Nazirlər Kabineti yanında Dini İdarə ləğv olunub onun yerində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra Şeyxin səlahiyyətlərinə hücumlar olub.

Image result for “Heydər Məscidi”nin idarəsinin Bakı Şəhər

“Heydər Məscidi”nin idarəsinin Bakı Şəhər İH-yə verilməsi, ehsan qadağası və Şeyxülislamın qardaşının ona reaksiyası, müsəlman dini icmalara yardımların QMİ-dən alınıb DQİDK-ə verilməsi və sair addımlar din sahəsində QMİ-nin səlahiyyətlərinin tədricən əlindən alınması idi. İndi isə artıq 300-ə qədər məsciddə işçilərə maaş verilməsi səlahiyyətləri də QMİ-dən alınacaq və ölkənin mərkəzi dini idarəsinin məscidlər və din xadimlərinə birbaşa təsir imkanları olmayacaq. QMİ-nin nəzarətində qalan yeganə “toxunulmaz” sahə hələlik Həcc ziyarətidir. Yəqin ki, gələn ildən Həcc ziyarətinin təşkili ilə bağlı qaydalarda dəyişiklik olsa, təəccüblənməyə dəyməyəcək.

Hələlik Şeyxülislam bu hadisələrə açıq reaksiya verməyib. Ancaq bizə çatan məlumata görə, o, dövlətin müvafiq qurumlarının rəhbərliyinə narazılığını bildirib. Görünən odur ki, Şeyxülislam bir növ gedişatla barışıb.

Previous Post

Şeyxin son səlahiyyəti də əlindən alınır

Next Post

Azərbaycanla Rusiya arasında səfir müəmması

Bənzər yazılar

Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Noyabr 2026 - 20:03

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı,...

Böyük Britaniyada yay istiləri 5,2 mindən çox insanın həyatına son qoyub

Böyük Britaniyada yay istiləri 5,2 mindən çox insanın həyatına son qoyub

24 Noyabr 2026 - 17:08

Ötən yay İngiltərədə bir neçə anomal isti dalğası ilə bağlı ağırlaşmalar səbəbindən 5,2 mindən çox insan həyatını itirib. Elchi.az xəbər...

Serbiyanın sabiq prezidenti Vuçiçə ölüm hədəsi gəlib

Serbiyanın sabiq prezidenti Vuçiçə ölüm hədəsi gəlib

23 Noyabr 2026 - 17:17

Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiç noyabrın 23-də ona qarşı ölüm hədəsi daxil olduğunu açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə...

Prezident İlham Əliyev Trampa təşəkkür edib

Prezident İlham Əliyev Trampa təşəkkür edib

23 Noyabr 2026 - 16:11

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib....

Next Post

Azərbaycanla Rusiya arasında səfir müəmması

Azərbaycanla Rusiya arasında səfir müəmması

Son xəbərlər

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

24 Noyabr 2026 - 23:01
Avropa Komissiyası Aİ-nin 11 ölkəsinə büdcə qaydalarının pozulması barədə xəbərdarlıq edib

Avropa Komissiyası Aİ-nin 11 ölkəsinə büdcə qaydalarının pozulması barədə xəbərdarlıq edib

24 Noyabr 2026 - 23:00
İran Hörmüz boğazında 26 yedək gəmisini qara siyahıya salıb

İran Hörmüz boğazında 26 yedək gəmisini qara siyahıya salıb

24 Noyabr 2026 - 21:34
İsveç parlamenti Kristerssonun Baş nazir vəzifəsində qalması məsələsini səsverməyə çıxaracaq

İsveç parlamenti Kristerssonun Baş nazir vəzifəsində qalması məsələsini səsverməyə çıxaracaq

24 Noyabr 2026 - 21:31
Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb

Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb

24 Noyabr 2026 - 21:09
Milibend: London Moskva ilə yüksək səviyyədə dialoqu bərpa etmək niyyətində deyil

Milibend: London Moskva ilə yüksək səviyyədə dialoqu bərpa etmək niyyətində deyil

24 Noyabr 2026 - 21:06
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub

Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub

24 Noyabr 2026 - 20:11
Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb

24 Noyabr 2026 - 20:08
EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir

EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir

24 Noyabr 2026 - 20:06
Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Noyabr 2026 - 20:03
DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib – VİDEO

DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib – VİDEO

24 Noyabr 2026 - 19:24
İlin ilk Super Ayı görünür

İlin ilk Super Ayı görünür

24 Noyabr 2026 - 19:15
Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur

Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur

24 Noyabr 2026 - 19:10
CAS Seneqalı Afrika çempionu elan edib

CAS Seneqalı Afrika çempionu elan edib

24 Noyabr 2026 - 18:57
ABŞ-da quş qripi səbəbindən ölüm halı

ABŞ-da quş qripi səbəbindən ölüm halı

24 Noyabr 2026 - 18:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.