"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Azərbaycanla Rusiya arasında səfir müəmması

29 Noyabr 2017 - 09:44
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, MARAQLI, mia-banner, ÖNƏMLİ, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Doroxini əvəz edəcək səfirə Bakının etimadsızlıq göstərməsi Moskvanı yeni diplomat axtarışına məcbur edib; iki ölkə arasında münasibətlər gərginləşə bilər

Rusiya prezidenti Vladimir Putinin Azərbaycandakı səfiri geri çağırması, yeni səfir Georgi Zuyevə rəsmi Bakının etimadnamə verməməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib. 9 ildir ölkəmizdə səfir olan və səlahiyyət müddəti başa çatan Vladimir Doroxini əvəzləyəcək Zuyevin ermənipərəst olduğu, indiyə qədər Azərbaycan əleyhinə olan fəaliyyətinə görə qəbul edilmədiyi bildirilir.

Məlumat üçün bildirək ki, Zuyevin namizədliyi Rusiya Dövlət Duması tərəfindən bu ilin iyulunda təsdiqlənib.

Axar.az məsələnin aktuallığını nəzərə alaraq, Zuyev haqqında indiyə qədər müxtəlif mənbələrdən əldə etdiyi məlumatları təqdim edib.

Georgi Zuyev 1958-ci il dekabrın 12-də anadan olub. Rusiya Xarici İşlər Nazirliyinin saytında onun harada anadan olması haqqında heç bir məlumat verilməyib.

O, hazırda Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini vəzifəsini icra edir. Zuyev həmçinin 25 avqust 2004-cü ildən bu yana 2-ci dərəcəli fövqəladə və səlahiyyətli müşavir-elçi diplomatik rütbəsinə (səfir vəzifəsinə təyin olunacağı təqdirdə bu rütbə 1-ci dərəcəyə qaldırılacaq – red.) malikdir.

Image result for Georgi Zuyev

Zuyevin Azərbaycana səfir təyinatı ilə bağlı məsələ Rusiyada 2017-ci ilin iyulundan müzakirə olunur. Belə ki, iyulun 5-də Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsi Zuyevin Azərbaycana səfir təyin olunması məsələsini müzakirə edib. Komitə Zuyevin bu vəzifəyə təyinatına izn verib. Komitənin iclasında həmçinin Rusiya xarici işlər nazirinin müavininin katibi Qriqori Karasin də iştirak edib. O, Rusiyanın MDB ölkələri ilə münasibətlərini kurasiya edən əsas diplomat kimi tanınır.

Amma dünən məlum olub ki, Rusiya Azərbaycana başqa səfir göndərir. Üstəlik, bildirilib ki, Zuyevin namizədliyi ümumiyyətlə müzakirə olunmayıb.  

“Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq”.  Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, mətbuatda adı hallanan Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.

“Bildiyim qədəri ilə yeni səfir hazırda MDB ölkələrindən birində səfir vəzifəsini tutan diplomat olacaq. Qabaqcadan həmin şəxsin adını açıqlamaq istəmirəm”, – deyə Dövlət Dumasının komitə sədri bildirib.

Diplomatik etiket qaydalarına görə, səfirə etiraz olarsa, qarşı tərəfin ata biləcəyi addımların nədən ibarət olduğu barədə də çoxsaylı suallar var.

Image result for Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə yeni səfirə təyin olunduğu ölkənin Azərbaycansayağı prosedura qaydalarını tətbiq etmək hüququnun olduğunu söylədi: “Bu qanuni bir şeydir. Səfir göndərən ölkəyə qəbul edən ölkə deyə bilər ki, ya qəbul edirəm, ya da yox. Burada Azərbaycan qaydalara zidd heç nə etməyib. Amma sözsüz ki, bu vəziyyət müəyyən gərginlik yaradacaq. Biz daha çox Azərbaycanın məsələ ilə bağlı izahını gözləməliyik. Zuyevin sitatlarını üzə çıxarmaq lazımdır. Əgər o, anti-Azərbaycan mövqeyindədirsə, arxamızca danışırsa, bizi bəyənmirsə, ermənilərin tərəfindədirsə, o zaman bizə belə səfir lazım deyil. Haqqımız var ki, onu qəbul etməyək. Rusiya çalışacaq ki, müəyyən təsirlər etmək, danışıq yolu ilə Azərbaycanı yola gətirsin. Bu, əslində Rusiya üçün biabırçılıqdır. Əgər razılıq əldə olunmasa, məsələnin həlli bir neçə ay uzanacaq. Hətta yarım il də çəkə bilər, bir az tez də olması mümkündür. Düşünürəm ki, bu qalmaqalın dövlətlərarası münasibətlərə ciddi təsiri olmayacaq. İndiki vaxtda texnologiya və kommunikasiya o qədər inkişaf edib ki, səfirin xüsusi rolu yoxdur. Əvvəllər səfir prezidentin məxfi sözlərini, istəklərini alıb, məktubla səfir olduğu ölkə gəlirdi. İndi buna ehtiyac da yoxdur. Lap səfir olmasın, onun müavini olsun, yenə də işlər gedəcək. Elçibəy vaxtında heç səfir yox idi. Amerikanın səfir əvəzi var idi. İndi də səfir əvəzi kimi Rusiyadan kimsə ola bilər. Metyu Brayza var idi, o da səfir deyildi ki. Bu baxımdan bu məsələni o qədər də şişirtməyə gərək yoxdur. Sadəcə, bir az ictimai skandal olacaq. Mənə elə gəlir ki, Azərbaycan düzgün addım atıb. Axı belə səfir göndərmək bizim üçün rüsvayçılıqdır”.

Image result for Elxan Şahinoğlu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağrılmasında qeyri-adi heç nə yoxdur: “Adam 9 ildir Azərbaycanda səfirdir. Ancaq söhbət Rusiyadan getdiyindən səfirin niyə indi geri çağırıldığı müəyyən suallar doğurur. Rusiyanın Azərbaycandakı yeni səfirinin ismi bu ilin iyulun əvvəlində bəlli olub. Rusiya Dövlət Duması elə həmin tarixdə Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Yeni səfir Georgi Zuyevdir. O, Azərbaycana səfir təyin olunana qədər Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışıb. Məndə olan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən yeni səfirin təyinatına toxunub. Bakı Doroxindən razı idi. Ancaq Zuyevlə bağlı ziddiyyətli informasiyalar var. Birincisi, Zuyevin Rusiya kəşfiyyatına bağlı olduğuna dair müxtəlif xəbərlər var. İkincisi, necə ki, Sergey Lavrov Qarabağ münaqişəsinin həllinə soyuq yanaşır, yeni səfirin də eyni mövqedə olduğuna dair məlumatlar var. Lavrov Zuyevi Moskvanın xarici siyasətindəki yeni tələb və istəkləri Bakıya daha intensiv şəkildə çatdırmaq üçün bizə calamaq istəyir. Rəsmi Bakının tam ixtiyarı var ki, ermənipərəst mövqedən çıxış edən istənilən diplomatı səfir kimi qəbul etməsin”.

Politoloq rəsmi Bakının Kremlə vurduğu tərs sillədən də söz açdı: “Əgər rəsmi Bakı adıçəkilən diplomatı qəbul etməsə, bu xəbər hər yerə yayılacaq və böyük ehtimalla Moskva bunu yaddan çıxarmayacaq. Ancaq bu Kremlə də yaxşı dərs olacaq ki, separatizmi dəstəkləyən diplomatı separatizmdən əziyyət çəkən dövlətə səfir göndərməzlər. Əlbəttə, Kreml Zuyevi başqası ilə əvəz edə bilər və ancaq rəsmi Bakının tərs silləsini də unutmayacaq. Ancaq biz Ermənistandan fərqləndiyimizi Moskvaya göstərmək məcburiyyətindəyik. Doroxin səfir olduğu 9 ildə Azərbaycan rəsmilərini və cəmiyyətini narahat etmədi. Hətta məndə olan məlumata görə, Doroxin bəzən Moskvanın regional siyasətini anlamadığını yaxın ətrafına bildirir, Krımın ilhaq olunmasını doğru saymadığını söyləyirdi. Kremlin xarici siyasəti sərtləşdiyindən onun hər mənada aktiv, hücum mövqeyindən çıxış edən səfirlərə ehtiyacı var. Moskva Azərbaycandakı sakit səfir Doroxini Zuyevlə ona görə əvəz etmək istəyir ki, Bakının hakimiyyət dəhlizlərində Rusiyanın mövqeyi daima qulaqlarda cingildəsin. Bununla barışa bilmərik. Qonşuluq və sözdə dostluq öz yerində, biz də elə etməliyik ki, Azərbaycanın işğalla barışmayacağı fikri rusiyalı rəsmilərin qulaqlarında cingildəsin. Bu arada, ara-sıra müharibədən danışan Rusiyadakı səfirimiz Polad Bülbüloğlu savaş ritorikasını bir az daha artırmalıdır. Əlbəttə, Rusiya səfirindən Türkiyə səfiri kimi ”biz Azəraycan torpaqlarının işğalını pisləyirik” açıqlamasını gözləmirik. Bunu heç Rusiya səfirinin şefi Sergey Lavrov demir. Ancaq bizim Rusiyanın Azərbaycana göndərdiyi və ya göndərəcəyi səfirdən iki sadə gözləntimiz var. Birincisi, həmin səfir erməni mənşəli olmasın. İkincisi, Kremlin Azərbaycana göndərəcəyi səfir ölkəmizin daxili işlərinə qarışmasın, bizə ağıl öyrətməsin və ərazi bütövlüyü ilə bağlı qəti fikir bildirməkdən çəkinirsə, heç olmazsa separatçılığı da tərifləməsin. Bizə belə səfirlər lazım deyil”.

Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini gün ərzində almağa çalışsaq da, mümkün olmadı. Zənglərimizə cavab verən olmadı.

Previous Post

Azərbaycanla Rusiya arasında səfir müəmması

Next Post

Fədayə Laçın işinə görə tutulan 8 gizli ad

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Elchi.z - a...

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

30 Sentyabr 2026 - 16:00

"S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyədən başqa yerə köçürülməsi məsələsi gündəmdədir". Elchi.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi...

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Next Post

Fədayə Laçın işinə görə tutulan 8 gizli ad

Fədayə Laçın işinə görə tutulan 8 gizli ad

Son xəbərlər

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.