"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Şeyxin qardaşı: “Məni gah gürcülərə, gah da qaraçılara bənzədirdilər”

09 Oktyabr 2014 - 14:19
in MÖVQE
FacebookVatsap

“Sumqayıta gedirəmsə, Xırdalana çatmamış Şeyxə zəng edib hara getdiyimi deyirəm”

Bunu da oxuyun

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

1Modern.az saytında “Pəncərə” layihəsinin növbəti qonağı deputat Cavanşir Paşazadə olub. Onunla söhbətdə qardaşı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükar Paşazadə ilə bağlı məqamlara da toxunulub.

– Sizə çox  vaxt zəng edəndə xarici səfərlərdə olursunuz.  Ailə, iş və harasa səfər etmək…  Ümumiyyətlə,  ilin çox hissəsini səfərdə olmaq  insana necə  təsir edir?

– Gəzməyi  çox  sevirəm. Bu yaxınlarda Sankt-Peterburqdan qayıtmışam. Təbii ki, xarici səfərlərin çoxu  tədbirlərlə  əlaqədardır. Oradakı diaspor nümayəndələri, baş konsulla  görüşdüm.  Gənclikdə olduğum yerlərə  bir daha getdim və bugünkü  Azərbaycanla müqayisə  etdim.  Azərbaycanda  görülən  işlər  göz önündədir və  ölkəmiz sürətlə inkişaf  edir.  Sonuncu dəfə Sankt-Peterburqda 1989-90-cıillərdə olmuşam. O vaxtdan bu günə bir igidin ömrü qədər  vaxt keçib. Amma orada dəyişən nəsə görmədim. Əksinə, insanların bir-birinə biganəliyinin şahidi oldum.  Sankt-Peterburqla müqayisədə  Azərbaycan çox dəyişib.

– Çox vaxt azərbaycanlılar xarici ölkələrə səfər edəndən sonra qəribə gileylə geri dönürlər. Azərbaycanın hələ də tanımaması faktoru aktuallığını qoruyub saxlayır. Maraqlıdır, niyə Azərbaycanı tanımırlar?  Bəlkə bu sadəcə, “qara piar”dır?..

– Mən elə düşünmürəm. Mozambikdə olan insan Azərbaycanı tanımaya bilər. Bəzi regionlarda  məskunlaşan insanlar öz doğum tarixlərini bilmirlər. İraqın bir kəndi var. Çöllükdə yerləşir. Orda insanlar  ancaq sarımsaq əkməklə məşğuldur. Təbii ki, onların Azərbaycanı tanıması mümkün deyil. Amma  sivil  dövlətlərdə Azərbaycan termini leksikonda ötən əsrin 60-70-ci illərindən var. 12-13 yaşlarımdan atamla  tez-tez Rusiyaya getmişəm. Yaşım az olduğundan məni restorana buraxmırdılar. Geri qayıtmamaq üçün  yaşımı böyüdürdüm. Rəngim qara olduğuna görə gah gürcülərə, gah da qaraçılara bənzədirdilər. Azərbaycandan olduğumu deyəndə Azərbaycanı  tanıyırdılar. Bizim o zamanlar həm mentalitetimiz, həm  də inkişafımız yox idi. İndi sizə bu inkişafsızlığın təfərrüatını anladacağam. Bizim kənd və rayon  yerlərində bir ailənin 7-8 övladı olurdu. Tutaq ki, oğlan əsgər getməyə hazırlaşır. Bu zaman valideynlərin  bir sözü var idi:  “Get, sonra geri qayıt ha! Oralarda qalma”. Təsəvvür edin, bu atanın nə imkanı var, nə övladına təhsil verə bilir, nə də hər hansı formada  şərait  yarada bilir. Üstəlik deyir ki,  gedib oralarda qalma. Təbii ki, uşaq  geri qayıdıb gəlirdi. Valideynlərin razılığı ilə oğlan qonşunun qızı ilə evlənib  tövlə  kimi yerdə həyatını yaşayırdı. Bu, artıq məcburi qayda idi.  İndi siz  deyin: “Belə azərbaycanlını necə tanıyardılar?”.

Başqa  millətlərdən olan  oğlanlar isə hərbi xidmətdən sonra qalıb hər hansı bir işin  qulpundan  yapışırdı. Bir müddətdən sonra ailə qurub bir bölgədə yaşayırdı. Həm gözü açıq olurdu, həm  də hər kəs o millətin mövcudluğundan xəbərdar olurdu. Qabaqlar belə məsələlər mövcud olmadığına  görə azərbaycanlılar tanınmırdı.  Bu gün isə Azərbaycan daha çox tanınır. Gənclər xarici ölkələrdə təhsil alır.

– Azərbaycan  kəndlərinin o  zamankı  vəziyyəti  ilə  bağlı maraqlı fikirlər  səsləndirdiniz. Siz  özünüz  də kənd  mühitində  böyümüsünüz.  Necə oldu ki, siz kənd mentalitetini  bir kənara qoyub  təhsil aldınız?

– Bilirsiniz ki, ailədə 9 bacı 2 qardaşıq. Şeyxülislam Allahşükür Paşazadə 6 qızdan sonra dünyaya gəldiyi üçün ona Allahşükür adını qoyublar. Anam dindar olduğuna görə bu adın ona verilməsini məqsədəuyğun hesab edir. Həm atam, həm də anam Allahaşükürü  “Quran” məktəbinə qoyub. Bizim nəslimizdə heç kimin dini təhsili olmayıb. Dindar olmağımıza baxmayaraq, bu sahə üzrə təhsil almaq üçün xüsusi maraq göstərilməyib. Ona görə də qardaşımın özünün bu sahəyə sevgisi olub. Onu da deyim ki, Allahşükürün  ədəbiyyata da çox böyük həvəsi olub. Hətta atam hansısa dini-tarixi kitabları oxumağı tapşıranda Allahşükür həmin dini kitabların içinə ədəbiyyat kitablarını da qoyub oxuyardı. Allahşükürün dünya və Azərbaycan ədəbiyyatına, tarixə marağı çox böyük idi.

– Maraqlıdır, sovet stereotiplərini yarıb övladına dini təhsil verən ailənizin ümumi vəziyyəti necə idi?

– Çox sadə bir ailəmiz olub. Nə həddən artıq imkanlı olmuşuq, nə də həddən artıq kasib. Orta imkanlı ailədə böyümüşük. Atam müharibə əlili olub. Bir ayağı zədəli idi. Bacılarım isə sovxozda çalışırdılar. Təhsil almağımıza gəlincə, bu bizim özümüzdən asılı idi. Həm atam, həm anam təhsil almağımızı istəyirdilər. Ortada imkanlar məsələsi var idi. Yay tətilində uşaqlarla birgə Gəncəyə, Yerevana məhsul aparıb satırdıq. O pula əynimizə paltar, ayaqqabı, oxumağa kitab alırdıq. Bir sözlə, yayda zəhmət çəkirdik qışda isə dərslərimizlə məşğul olurduq.

– Ali təhsilinizi harda almısınız?

– Mən Özbəkistanın Buxara şəhərində oxumuşam. Özbəkistanda aviasiya zavodu vardı. Tikinti ilə bağlı təcrübə keçmişəm. Sovet dövründə belə bir qayda vardı, gərək iki il hardasa işləyəydin ki, sonra diplomunu alıb işlə təmin oluna bilərdin. Özümə söz vermişdim ki, təhsilimi başa vurub rayona qayıtmalıyam. Atam-anam məni gözləyirdi.  Özbəkistanda aviasiya zavodunda işləyən gündən ta Azərbaycana qayıdana kimi, bir gün də olsun işsiz qalmamışam. Gənc yaşlarımda briqadir, tikinti üzrə sahə rəisi, idarə müdiri işləmişəm. Məndə bir gün də işləməmək söhbəti olmayıb.

– Şeyx 6 bacıdan sonra dünyaya gəlib. Beləliklə, ailədə 9 qızla birgə 2 oğlan böyüyüb. Siz danışdıqca məndə belə bir fikir yarandı ki,  9 bacının arasına böyüyən 2 oğlan təhsil alırsa, deməli, burda  fərqli münasibət də var. Axı,  Azərbaycan ailələrində qızların yanında böyüyən oğlana həmişə fərqli gözlə baxırlar…

– Doğru vurğuladınız. Desəm ki, “belə deyil” inandırıcı olmayacaq. İki qardaşla 9 bacı arasında fərq vardı. Hətta şeyxlə mənim aramda böyük fərq vardı. Hiss edirdim ki, həm atamın, həm də anamın şeyxə diqqəti daha çoxdur. Belə də olmalı idi. Hətta başqa ailələrdə qardaşlar arasında bir-birinin üstünə qışqırmaq kimi hallarla qarşılaşanda bizə qəribə gəlir. Bizim ailədə belə hadisə olmayıb.

–  Dediklərinizlə razıyam. Amma bir ailədə böyüyən iki qardaşın arasında dediyiniz belə bir halın olmaması qeyri-mümkündür…

– Bir dəfə olub. Şeyxin 14 yaşı olardı. Atam şeyxi saçını kəsdirməyə göndərmişdi. Mən isə usta yanına getməmişdim. Bu zaman şeyx əsəbi halda atama dedi: “Onun saçını kəsdirmirsiz, mənim saçımı kəsdirirsiz” . Bu vaxt şeyx saçımdan tutub və küskün baxışlarla mənə baxdı. Mən də onun əlini itələdim. Bu, bir dəfə olan hadisə idi. Sonra o dərsə gedəndə üzündən öpdüm, üzr istədim. Bununla da söhbət bitdi.

Bu gün də iki qardaş arasında isti münasibət var. Hətta elə olur ki, 2-3 gün ailədən uzaqda olduğum üçün şeyxi görmürəm. Gün ərzində bir-birimizə iki dəfə zəng etməməyimiz qeyri-mümkündür. Bakıdan Sumqayıta qədər gedə bilmirəm. Bu məndən asılı deyil. Əgər Sumqayıta gedirəmsə, Xırdalana çatmamış şeyxə zəng edib, hara getdiyimi deyirəm. Niyəsini soruşmayın. Çünki özüm də bilmirəm. Əzəldən bir-birimizlə belə münasibətdə olmuşuq. İnanın, şeyx xaricə gedəndə bəzən gün ərzində zəng etməyə imkanı olmur. Gecə saat 3-də zəng edib deyir: “Bu gün sənə zəng etməmişəm. Necəsən? İşin-gücün necədir?”. Mən də beləyəm.

– Sovet dövründə dini təhsil almağın o qədər də asan olmaması bəllidir. Şeyx sovet rejiminin qadağalarını necə üstələyib dini təhsil ala bildi?

– Qorxu çox böyük idi. Şeyx orta məktəbə gedəndə pencəyinin sağ tərəfində ikinci cibi  var idi. Həmin cibi atam özü düzəltmişdi. O vaxt “Quran” kitabını tapmaq çətin olduğundan atam gedib “Quran” kitabının ən kiçiyini almışdı. Təsəvvür edin, şeyx Vərəvul kəndinə orta məktəbə, oradan da Babasəf kəndinə, Qüdrət adlı axundun yanına gedirdi. Şeyx həm orta məktəb kitablarını, həm də “Quran”ı aparıb gətirməli idi. Amma şeyxdə “Quran”ın olmasını heç kəs bilməməli idi. Uşaqlar futbol, voleybol oynayanda o, kənarda qalırdı. Həmişə çalışırdı ki, uşaqlardan uzaq gəzsin. Bu gün atamız, anamız həyatda yoxdur. Təbii k, şeyxin həyat yoldaşı var. Təbii ki, onlar mənim qədər şeyxi tanıya bilməz. Heç vaxt şeyxin uşaq olduğunu görməmişəm. O heç vaxt uşaq olmayıb. O məcburi uşaq olub. O heç vaxt uşaqlarla futbol oynamayıb, onlarla gedib haradasa oturmayıb. O, həmişə yaşlı adamlarla söhbət edirdi.

– Bəs, sizdə dini təhsilə maraq niyə olmadı?

– O yolu şeyx özü seçib. Mən istəsəydim də dindar ola bilməzdim. Sovet dövründə “Oqonyok” jurnalı çıxırdı. 1979-cu ildə İraqla bağlı hadisələr baş verdi, sonra mollaların hakimiyyətə gəlməsi ilə bağlı söz-söhbətlər gəzirdi. “Bir ailədə iki qardaşdan biri dindardır, biri kommunist”. Artıq mətbuat bilərəkdən belə yazırdı. Sovet dövləti sübut etmək istəyirdi ki, bizdə o qədər azadlıqdır ki, bir evdə hətta dindar və kommunist də var. O vaxt məni 6 aya Kommunist Partiyasına üzv qəbul etdilər. Halbuki, o zamanlar 6 aya partiyaya girmək çox çətin idi. Bir qardaş bir nömrəli idi, o biri qardaş isə sivil şəkildə institut bitirən, partiyanın fəalı olan idi. Mənim səmərəli təkliflərim, partbiletə ödənişlərim  vardı. Rayona gələn prokuror, rəhbərlik məni çağırıb deyirdi ki, nə olsa onlara deyim. Bizim hər şeydən xəbərimiz olmalıdır. Agent kimi yox, üzərimdə nəzarət vardı. Bəzi yerlərdə görünməyim məhdud idi. Onlara tapşırıq belə verilmişdi. Təsəvvür edin ki o vaxt məni həbs ediblər. Bəs mətbuat nə yazardı. Yazardı ki o ailəyə təzyiq var. Əslində Sovet hökuməti bu cür məsələlərə öz xeyrinə görə diqqət edirdi.

– Bu qədər hadisələrin şahidi olmusunuz. Uzun bir yol keçmisiniz. Orta imkanlı ailədə böyüyüb müəyyən bir pilləyə qədər gəlib çatmısınız. Geriyə baxanda nəyəsə təəssüf edirsiniz?

– Elə insan ola bilməz ki, geriyə boylananda  təəssüf hissi keçirməsin. Hətta 80 yaşlı insan 79 yaşında etdiyi səhvə görə təəssüf hissi keçirir.

Previous Post

Şeyxin qardaşı: “Məni gah gürcülərə, gah da qaraçılara bənzədirdilər”

Next Post

Fazil Mustafa kürd deputata: “30 ildir xəyanət edirsiniz”

Bənzər yazılar

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49

İran XİN başçısı Abbas Əraqçi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın parlamentə təqdim olunması ilə bağlı da danışıb. Əraqçi bildirib...

Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

07 Avqust 2026 - 10:35

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ administrasiyasının İranla gərginliyə münasibətini tənqid edərək dedi: "Zorakılıqdan, pozulmuş vədlərdən və saxta xəbərlərdən...

İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

07 Avqust 2026 - 10:08

İsrail Diaspor Naziri Amiçay Çikli Fransa Prezidenti Emmanuel Makronun "İsraili arxadan bıçaqladığını" söylədi. Elchi.az xəbər verir ki, İsraildə Kanal 14 televiziyasına danışan...

Qara dəniz qızışır! Rusiya Ukrayna hərbi gəmilərini hədəf alır

Qara dəniz qızışır! Rusiya Ukrayna hərbi gəmilərini hədəf alır

06 Avqust 2026 - 11:42

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə iki Ukrayna hərbi yük gəmisini vurduğunu açıqladı. Elchi.az xəbər verir ki, Nazirlik Rusiya ordusunun Ukrayna...

Next Post

Fazil Mustafa kürd deputata: "30 ildir xəyanət edirsiniz”

Fazil Mustafa kürd deputata: "30 ildir xəyanət edirsiniz”

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.