“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Elchi.az komanda.az-a istinadən bildirir ki, Əndəlüs təmsilçisi “Torino”nun yarımmüdafiəçisi Yaqo Falkeni transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə “Sevilya”nın futbolçu üçün 15-20 milyon avro ödəməyə hazır olduğu bildirilib.
28 yaşlı vinger son mövsümdə “Torino”nun heyətində 40 oyunda iştirak edib və 14 qolla yadda qalıb.