İspaniya komandalarından olan “Sevilya” Fernando Regesin müqaviləsinə xitam verildiyini açıqlayıb.
Elchi.az bu barədə İHA-ya istinadən xəbər verir.
İspaniya La Liqasının təmsilçilərindən olan “Sevilya ” bu mövsüm də gözləntilərin altında qalıb və 18 matçda 3 qələbə, 7 heç-heçə və 8 məğlubiyyətlə 16 xal toplayaraq 15-ci pillədə qərarlaşıb. “Sevilya” daha əvvəl “Qalatasaray”da çıxış edən Fernando Regesin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.
Bu mövsüm 8-i La Liqa, 4-ü Çempionlar Liqası və 1-i İspaniya Kral Kuboku olmaqla ümumilikdə 13 matçda forma geyinən 36 yaşlı braziliyalı futbolçu qol və ya məhsuldar ötürmə verə bilməyib.