Elchi.az xəbər verir ki,Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclasında iştirak etmək üçün aprelin 24-nə keçən gecə Nyu-Yorka gəlib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcəyini bildirib.
“Sergey Lavrov Nyu Yorka gəldi. Sabah onun sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək”, – Zaxarova Telegram-da yazıb.
Nuranə Məmmədova