Serbiyanın paytaxtı Belqradda 7-ci sinif şagirdinin məktəbdə təşkil etdiyi silahlı hücumda ilkin məlumata görə, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki,Daxili İşlər Nazirliyindən verilən açıqlamada Belqradda Vladislav Ribnikar ibtidai məktəbinin 7-ci sinif şagirdinin səhər saatlarında mühafizəçilərə və şagirdlərə atəş açdığı qeyd edilib.
Hücum nəticəsində məktəbin mühafizəçisinin həyatını itirdiyi, 5 şagirdin isə yaralandığı bildirilib.
Daha sonra edilən açıqlamada ölənlərin sayının 8-i tələbə və 1-i mühafizəçi olmaqla 9-a çatdırılıb.
Yaralı tələbələrin xəstəxanaya aparıldığı bildirilən açıqlamada tələbələrdən birinin başından yaralanaraq əməliyyat olunduğu bildirilib.
Açıqlamada hücumu atasına məxsus silahla törətdiyi ehtimal edilən uşağın nəzarətə götürüldüyü bildirilib.
Nuranə Məmmədova