Azərbaycan ordusu son günlər səssiz müharibə taktikası ilə Qarabağda irəliləyir. İşğalda qalan ərazilər separatçılardan təmizlənir. Bu proseslərdə əsasən komanda birliklərinin iştirak etdiyi deyilir.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, ordumuzun növbəti əməliyyatları zamanı insident yaşanıb. Bildirilir ki, nəzarətə götürülən yeni mövqeyə gələn separatçı tör-töküntülər hərbçilərimizin buranı tərk etməsini istəyiblər.
Hadisə zamanı sülhməramlıların da ərazidə olduğu deyilir. Sülhməramlıların və separatçıların təkidlərinə baxmayaraq, hərbçilərimiz nəzarətə götürdükləri mövqelərdən geri çəkilməyiblər. Bu məqamda separatçılarla hərbçilərimiz arasında insident yarandığı deyilir. Azərbaycan ordusunun hərbi qulluqçuları separatçıların cavablarını artıqlaması ilə verərək, onları ərazidən uzaqlaşdırıblar.
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib
Manamada Bəhreyn və İordaniya arasında Birgə Ali Komitənin 23-cü iclası keçirilib. Elchi.az xəbər verir ki, toplantı Bəhreyn Müdafiə Qüvvələrinin Baş...





















Son şərhlər