Avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – məlumatda deyilir.
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb
Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...






















Son şərhlər