SEPAH-ın terror təşkilatları siyahısına salınması… – Rəisi

39

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa Birliyinin (AB) terror təşkilatları siyahısına salınması ümidsiz addımdır.

Elchi.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

“AB-nin SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı son addımı çarəsizlik aktıdır. Bu hərəkət beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə ziddir”, – o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Parlamenti SEPAH-ın AB-ə üzv dövlətlər tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməsi planını təsdiqləyib.