Sensasiya: Səudiyyə Ərəbistanı Argentinanı məğlub etdi

41

14:00
Qətərdə keçirilən Dünya Çempionatının 3-cü gününün oyunlarına start verilib.
Elchi.az xəbər verir ki, hazırda C qrupunda Argentina ilə Səudiyyə Ərəbistanı yığmaları qarşılaşırlar.
Oyun “Lusail” stadionunda keçirilir.
Qrupun digər oyununda Meksika Polşa ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
***
Görüşün 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə Argentina yığmasını önə keçirdi.
***
Oyunun 48-ci dəqiqəsində Səudiyyə Ərəbistanı yığmasının hücumçusu Əl Şəhri hesabata tarazlıq gətirib. 1-1
***
Əl Dausari oyunun 53-cü dəqiqəsində Səudiyyə Ərəbistanı yığmasını önə çıxarıb.
***
Oyun başa çatdı. Səudiyyə Ərəbistanı 2-1 hesabı ilə Argentinanı məğlub etdi.