“Fələstinlilərin suverenlik və dövlətçilik hüququ var”.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Stefan Sejurne X mikrobloqunda yazıb.
“Fransa bu məqsədə nail olmaq üçün üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq”, – Fransanın xarici işlər naziri bildirib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, Fələstin dövlətinin yaradılmasını istisna edən hərbi əməliyyatlar başa çatdıqdan sonra da İsrail Qəzzaya nəzarəti davam etdirəcək.
Bu, iki dövlətin, İsrail və Fələstinin birgə yaşaması ideyasını dəstəkləyən ABŞ-ın tənqidinə səbəb olub.
Yeganə