"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Seçkiyə 6-7 min pul xərclədim…` – Deputatla müsahibə

19 Noyabr 2015 - 10:56
in XƏBƏR LENTİ
FacebookVatsap

“Müxalifətçiləri dostluğa qəbul etmirəm”

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının  müsahibəsi:

– Fəzail müəllim, məlum olduğu kimi, Milli Məclisin yeni tərkibində siz də təmsil olunacaqsız. Seçki ilə bağlı fikirlərinizi bilmək istərdik. Marafon necə keçdi?

– Seçki marafonu gərgin, maraqlı və ciddi mübarizə şəraitində keçdi. Seçkinin bütün mərhələrində əvvəlki illərdəki təcrübəmizə söykənərək işimizi daha yüksək formada qurmağa çalışdıq. Komandam istər imzatoplama, istər təbliğat-təşviqat kampaniyasında, istər seçki günü işinin öhdəsindən layiqincə gələ bildi. Nəticədə digər deputatlığa namizədlər üzərində ciddi qələbə çaldıq.

– Seçki marafonu sizə neçəyə başa gəldi?

– Çox pul xərcləmədim. Pulum əsasən imzatoplama və təbliğat-təşviqat kampaniyasının təşkilinə xərclənib. Yəni, daha çox nəqliyyat və komandamın gündəlik xərclərinə pulum gedib. Ortalama 6-7 min manat pul xərclənib.

– Seçki sonrakı mühiti necə xarakterizə edərdiniz?

– Seçkinin gedişi və yekunları göstərdi ki, Azərbaycanda bütün siyasi partiyalar üçün eyni şərait yaradılmışdı və hər kəs öz imkanlarına, gücünə, cəmiyyətdə tutmuş olduğu mövqeyə və qazanmış olduğu nüfuza görə seçki prosesindən konkret nəticə ilə çıxıb. Konstruktiv müxalifətin seçkidəki qələbəsi gözlənilən idi. Çünki, xalq radikalizmə tamamilə “yox” deyir. Destruktiv müxalifət partiyalarının sədrlərinin radikal addımları xalq tərəfindən qəbul edilmir. Bundan sonra da onların seçki prosesində qələbə qazanması mümkün deyil. Mən, 2003-cü ildə prezident İlham Əliyevin birinci seçimindəki faktı xatırlamaq istəyirəm. O zaman Yexlaxın deputatı olaraq iki məntəqədə bülletenlərinin sayılması prosesini əvvəldən axıra qədər izlədim. Prosesdə mənimlə bərabər Müsavat partiyasının təmsilçiləri də iştirak edirdi. Nəticədə bəlli oldu ki, İlham Əliyev İsa Qəmbərə böyük üstünlüklə qalib gəlib. Bunu görən Müsavat Partiyasının nümayəndəsi bildirdi ki, onların hakimiyyətə gəlməsinin yeganə yolu silahlı üsyandan keçir. Bu onların baxışlarını ifadə edən etiraf idi. Həmin bu etiraf indidə öz qüvvəsini saxlayır.

– İsa Qəmbərin məğlubiyyəti ilə bağlı xatirənizi bölüşdünüz.Bu seçkidə də o biabırçı məğlubiyyətə uğradı. Sizcə artıq siyasətdən getməyinin vaxtı çatmayıbmı?

– Hesab edirəm ki, siyasətçi üçün ən mühüm, üstün keyfiyyətlərdən biri öz imkanlarını düzgün ölçüb-biçməsi və zamanında siyasətdən getməyi bacarmasıdır. Əgər siyasətçi hər kəsin gözü qarşısında “sönmək”də davam edirsə və bunu etiraf etmirsə, artıq onun siyasətdə yeri yoxdur.

– Seçkilərin nəticəsi olaraq iki konstruktiv müxalifət partiyasının sədri deputat seçildi və digər ikisi isə deputat mandatını itirdi. Onları necə müqayisə edərdiniz?

– Mən onları müqayisə etmək istəməzdim. Hər kəsin cəmiyyətdə öz yeri var.

– Bir qədər öncə özünüz qeyd etdiniz ki, siyasətçi imkanlarını düzgün ölçüb-biçməyi bacarmalıdır. Sizcə İqbal Ağazadə və İlyas İsmayılov imkanlarını düzgün müəyyənləşdirə bilmədiyindən məğlub oldular?

– Ola bilər. Hətta ola bilər ki, məğlubiyyətlərinin digər səbəbləri də var. Cəmiyyət hər kəsi görür və ona qiymət verməyi bacarır. Ona görə də xalqın nəbzini tutmaq hər bir siyasətçi üçün çox önəmlidir. Bunu bacaran siyasətdə bu və ya digər şəkildə uğur qazana bilir. Bacarmayanın isə məğlubiyyəti qaçılmazdır. Milli Məclisə seçkilər xalqın iradəsindən keçir. Ona görə də xalqın iradəsindən keçən prosesdə iştirak edirsənsə, hökmən xalqın sosial sifarişlərini nəzərə almalısan. Bu olduqca vacibdir.

– Son zamanlar müxalifətin radikal qanadı dini inanclı insanlardan öz məqsədləri üçün istifadə etməyə çalışır. Xüsusən də radikal dini cərəyanların himayədarları kimi özlərini təqdim etməyə can atırlar. Bu barədə nə deyə bilərsiniz?

– Son vaxtlar dini faktordan istifadə etmə halı qabarıq şəkildə özünü göstərməkdədir. Dini baxışlarla ölkələri, cəmiyyətləri idarə etmək ənənəsi orta əsrlər dövrünə aiddir. Dünya dövlətləri özlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduqdan və dünyəvi dövlətə keçiddən sonra dinlə siyasət bir-birindən ayrılıb. Doğrudur, din bir çox hallarda siyasətə müdaxilə etmək istəsə də dünyəvi insanlar tərəfindən qarşısı alınıb. Lakin bu günki reallıqda təəssüf ki, din önə keçməyə başlayıb. İŞİD din pərdəsi altında dünyaya qan uddurur. Onlar da atmış olduğu hər bir addımı Allahın adı ilə bağlayırlar. Avropada islamafobiya tüğyan edir. Sanki sivilizasiyalararası bir qarşıdurma meydana gəlib. Bu çox təhlükəlidir.

Azərbaycanda isə dini radikalizm üçün münbit şərait yoxdur. Buna baxmayaraq xaricdə müəyyən dairələr Azərbaycanda da dini radikalizmin əmələ gəlməsinə böyük maraq göstərirlər. Ancaq, Azərbaycan dövləti atdığı addımlarla göstərir ki, buna imkan verməyəcək. Radikal müxalifət ölkədə dini radikalizmi inkişaf etdirməyə çalışsa belə heç nəyə nail ola bilməyəcək. Çünki xalqımız və dövlətimiz buna heç vaxt imkan verməyəcək.

– Radikal fikirlərin formalaşmasında sosial şəbəklər də xüsusi rola malikdir. Sizcə, sosial şəbəklərin nəzarətə
götürülməsinin vaxtı çatmayıbmı?

– Sosial şəbəkələr vasitəsi ilə ərəb ölkələrində inqlablar təşkil olundu. Azərbaycanda da bir sıra hallarda belə təhlükəli aksiyalar keçirilib. Bu hadisələrdə sosial şəbəklər sanki bir lider rolunu oynayır, insanları ideya ətrafında toplayır, onları küçələrə çıxarır və sonda küçələrdən onları geri çəkə bilmir. Beləliklə xaos əmələ gəlir. Ona görə də sosial şəbəkələr üzərində ciddi nəzarət mexanizmi tapılmalıdır və hökmən tətbiq edilməlidir. Xalqlara qarşıdurma gətirən virusun qarşısı alınmalıdır. Bunun yayılmasına imkan verilməməlidir.

– Siz özünüz də sosial şəbəkələrdən istifadə edirsiniz. Hansı təhlükəli viruslarla qarşılaşırsız?

– Mən fəal sosial şəbəkə istifadəçisi deyiləm. Orada özümün yazılarımı, lazım bildiyim müraciətlərimi dostlarımla bölüşürəm. Dostluğa qəbul etməm üçün çoxsaylı müraciətlər var. Ancaq kimlə dost olacağıma seçim edirəm.

– Müxalifətçiləri dostluğunuza qəbul edirsinizmi?

– Müxalif adamlarla necə dost ola bilərəm? Dost o adamlarla olunur ki, baxışların üst-üstə düşsün.

– Son günlər ölkədə əsas gündəm mövzusu bir sıra nazir və yüksək vəzifəli şəxslərin tutduqları vəzifələrdən azad olunması, bəzilərinin həbs olunmasıdır. Bu məsələyə münasibətiniz necədir

– Ölkə başçsının iradəsi ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov və onunquldur komandasının törətmiş olduğu böyük bir cinayətin üstü açılıb. Bu əməllər sözün həqiqi mənasında sahibkarlığın inkişafına ciddi maneələr törədib. Təsəvvür olunmaz bir mənzərə ilə üz-üzə qalmışıq. Şəxsən mənim ağlıma gəlməzdi ki, ölkənin təhlükəsizliyinin qayğısına qalmalı olan insanlar öz səalhiyyətlərindən kənara çıxaraq, belə əməllərlə məşğul ola bilərlər. Onlar dövlətin, insanların maliyyə vəsaitlərini qəsb ediblər. Belə bir vəziyyətin olması təssüfedicidir. Ölkə başçısının iradəsi ilə bu cinayətlərin üstü açılıb, proses gedir. Hesab edirəm ki, hər kəs törətmiş olduğu cinayətin cəzasını alacaq.

– Bu yaxınlarda prezident İlham Əliyev Antalyada dünya liderlərinin sammitində iştirak etdi. Azərbaycanın G 20 sammitində iştirakı bizə nə verdi?

– Bu sammitdə Azərbaycanın iştirakı bizə verilən dəyərin ifadəsidir. Həmçinin Azərbaycanın inkişaf səviyyəsi, ölkə başçısının nüfuzu G 20 sammitində iştirakımıza haqq verirdi. Sammitdə ölkə başçısı terrorizmlə bağlı kəskin mövqeyinim ortaya qoydu və Azərbaycanın terrorizmə məruz qalan ilk ölkələrdən biri olduğunu faktlarla böyük dövlətlərin rəhbərlərinin diqqətinə çatdırdı. Hesab edirəm ki, belə yüksək tribunadan işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı ölkə başçısının dediyi fikirlərin son dərəcə siyasi və hüquqi əhəmiyyəti var. Biz torpaqlarımızı hərb yolu ilə azad edəndə “Böyük 20-lər”in Ermənistanın yanında olmağa heç bir arqumenti olmayacaq.

Previous Post

`Seçkiyə 6-7 min pul xərclədim…` – Deputatla müsahibə

Next Post

Rüstəm Behrudi ürəyindən əməliyyat edildi

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Rüstəm Behrudi ürəyindən əməliyyat edildi

Rüstəm Behrudi ürəyindən əməliyyat edildi

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.