Rusiyanın ən böyük bankı olan Sberbankın xalis mənfəəti 2022-ci ildə əvvəlki ilə nisbətən 75,7 faiz azalaraq 300,2 milyard rubla düşüb.
Elchi.az xəbər verir ki, Sberbank tərəfindən verilən açıqlamada, bankın xalis mənfəətinin 2022-ci ilin dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz artaraq 125,5 milyard rubla çatdığı ifadə edildi.
Açıqlamada bankın ötən ilin ikinci yarısından etibarən yenidən mənfəət əldə etməyə başladığı, lakin 2022-ci ildə xalis mənfəətinin əvvəlki ilə nisbətən 75,7 faiz azalaraq 300,2 milyard rubl olduğu qeyd edilib.
Bankda xarici valyutaya əsaslanan depozit hesablarının keçən il təxminən yarıya qədər azaldığı bildirilən açıqlamada, keçən il bankın 106,7 müştərisi olduğu vurğulanıb.
Qeyd edək ki, Sberbank ABŞ və Avropa İttifaqının (Aİ) sanksiya tətbiq etdiyi Rusiya bankları arasında olsa da, ötən il fəaliyyət göstərdiyi bir çox xarici ölkəni tərk etməli olub.
Yeganə