"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Savaş başlasa, Türkiyə ordusu Azərbaycana çağırıla bilərmi?

05 May 2016 - 09:33
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

 Savaş başlasa, Türkiyə ordusu Azərbaycana çağırıla bilərmi? İqbal Ağazadə: “Bu, bölgədə yeni bir dünya savaşına gətirib çıxara bilər”

Qarabağ cəbhəsində son 4 günlük hərbi əməliyyatlarda  Ermənistan ordusu daha çox Azərbaycanın mülki əhalisini hədəfə aldı. Ekspertlər hərbi toqquşmaların yenidən başlayacağı, hətta bunun müharibəyə çevriləcəyi ehtimalını istisna etmirlər. Bəs görəsən, daim işğalçı Ermənistan dövlətinin arxasında olan Rusiyaya qarşı Azərbaycan hansı dövlətdən kömək istəyə bilər? İkinci Qarabağ müharibəsi başlasa, ordumuzun xarici üçüncü ölkənin dəstəyinə ehtiyacı olacaqmı? Azərbaycanın strateji tərəfdaşı olan, qardaş Türkiyənin ordusu cəbhə xəttinə çağırıla bilərmi?
“Yeni Müsavat” qəzeti olaraq  biz də  cəmiyyəti maraqlandıran bu suallara cavab tapmağa çalışdıq. 
Ümid Partiyasının sədri İqbal Ağazadə həm  müharibənin başlaması ehtimalını, həm də buraya Rusiya, Türkiyə kimi üçüncü ölkələrin açıq şəkildə qatılması ehtimalını istisna edib: “Müharibə heç vaxt başlamayacaq. Hazırda olduğu kimi mövqe döyüşləri gedə bilər. Ancaq müharibənin olmaq imkanı sıfıra bərabərdir. İkincisi, Azərbaycan da, Türkiyə də hüquqi baxımdan müstəqil dövlətdir. Türkiyə NATO-nun üzvü olsa belə, Azərbaycan müraciət edərsə, bu müraciəti Türkiyə, eləcə də istənilən dövlət müsbət dəyərləndirə bilər. Ancaq bu, bölgədə yeni bir dünya savaşına gətirib çıxara bilər. Ona görə də hər kəs tərəddüd edər və bu məsələdə heç bir ölkə açıq mövqe nümayiş etdirməz. Bu baxımdan, hesab edirəm ki, həm müharibənin başlaması, həm də Rusiyanın iştirak etməsi ehtimalı yoxdur”.
İ.Ağazadə bildirib ki, əgər Rusiya Ermənistan tərəfindən müharibədə iştirak etsə, Azərbaycanın tərəfindən vuruşmaq istəyən qüvvələr də tapılacaq: “Silahını satmaq istəyən çox tərəflər var. Həmçinin Rusiya ilə münasibətləri elə də xoş olmayan tərəflər də var. Ancaq heç kim açıq şəkildə döyüşə girmək istədiyini bəyan etməz”.
 
Hərbi ekspert Üzeyir Cəfərov isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatları keçirməsi onun haqqıdır və buna heç bir ölkə açıq şəkildə müdaxilə edə bilməz: “Rusiya məsələsi bizim yolumuzda çox böyük bir əngələ çevrilib. Dağlıq Qarabağ məsələsində hər hansı canlanma yaranan kimi hamı düşünür ki, görəsən, Rusiyanın münasibəti necə olacaq. Əgər beynəlxalq hüquqla tanınan əlaqələrdə Ermənistanla bağlı hər hansı problem olarsa, o zaman Rusiya nə isə deyə bilər. Ancaq söhbət Azərbaycanın beynəlxalq miqyasda BMT-nin 4 qətnaməsi ilə tanınan torpaqlarından gedir. Düzdür, orada Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri xidmət edir. Amma onların statusu var və bu status işğalçıdır. Azərbaycan antiterror əməliyyatları çərçivəsində öz ərazilərini terroristlərdən, o cümlədən separatçılardan təmizləmə əməliyyatına başlasa, Rusiyanın buna qarışmaq ehtimalı demək olar ki, yoxdur. Artıq Rusiya 1990-cı ildə olduğu kimi Qarabağ ərazisinə daxil ola bilməz. Çünki bu, Rusiyanın onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırar. Ola bilər ki, Rusiya vətəndaşları olan ermənilər vuruşsun. Ancaq Rusiya bunun da qarşısını almalıdır.
Ancaq o da faktdır ki, Rusiya bu proseslərin içində var. Düşünmürəm ki, hərbi əməliyyatlar təkrar başlasa, Azərbaycan Türkiyəyə müraciət edəcək. Çünki bizim cəbhə bölgəsində olan canlı qüvvəmiz, hərbi texnikamız, ehtiyat resurslarımız kifayət edir ki, ordumuz qısa bir müddətdə, hətta bir neçə günə torpaqlarımızı azad eləsin”.
Ü.Cəfərov son 4 günlük toqquşmada KTMT-yə daxil olan ölkələrdən heç birinin Ermənistanı dəstəkləmədiyini diqqətə çatdırdı: “Rusiya son 4 günlük hərbi əməliyyatlara diplomatik şəkildə müdaxilə elədi. Onlar Azərbaycandan xahiş etdilər ki, atışma dayandırılsın. Ancaq sonradan Rusiya bizim mülki əhalinin ermənilər tərəfindən atəşə tutulduğunu görəndən sonra susdu. Mən əminliklə deyə bilərəm ki, Qarabağda müharibə qaçılmazdır. Ancaq son toqquşmanı müharibə adlandırmaq da doğru olmaz. Bunlar, sadəcə, hərbi əməliyyatlardır, ordumuzun düşmənə verdiyi cavabdır. Bu döyüşlərdə bizim silahlı qüvvələrimiz yox, sadəcə, bir briqada iştirak edib.
 
Aprelin əvvəlindəki döyüşlərdə özünüz də gördünüz ki, ermənilərin indiyədək ümid etdikləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından onlara heç kim kömək etmədi. Nə Qazaxıstan, nə Belarusiya Ermənistana dəstək olmadı. Yeganə diplomatik dəstək Rusiyadan gəldi ki, onların xahişindən sonra hücumlar dayandırıldı”. 
Previous Post

Savaş başlasa, Türkiyə ordusu Azərbaycana çağırıla bilərmi?

Next Post

Davudoğlunun istefasına Ağ evdən reaksiya

Bənzər yazılar

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bu barədə Elchi.az -  Dövlət Statistika Komitəsindən məlumat verilib....

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22

Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib. Elchi.az " "Fox 23"ə istinadən xəbər verir ki, yanğını...

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Elchi.az-a Azərbaycan...

Next Post

Davudoğlunun istefasına Ağ evdən reaksiya

Davudoğlunun istefasına Ağ evdən reaksiya

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.