Çevrilişlər, inqilablar və digər dünya xaosları ABŞ və Böyük Britaniya indiki formada mövcud olmağı dayandırdıqdan sonra sona çatacaq. Digər təsir mərkəzləri ya ikinci dərəcəlidir, ya da hüquqi sahədə fəaliyyət göstərir.
Elchi.az xəbər verir ki, bu sözləri politoloq Yevgeni Satanovski sovet dövründə ölkəmizdə belə qurumların olduğunu xatırladıb.
Ekspert gileylənib ki, diplomatik və siyasi kadrlar artıq əvvəlki kimi deyil, ABŞ və İngiltərəni məhv edən yoxdur.
“Ancaq onların üzərində işləmək üçün kimsə var və bunu edirlər. Onlar bacardıqca Çinlə bizə qarşı işləyirlər. Həm də İrana qarşı”, – politoloq qeyd edib.
Satanovskinin sözlərinə görə, Türkiyə, Yaponiya, İsrail və kontinental Avropa da hücuma məruz qalır.
Bundan əvvəl “Global Times” qeyd edib ki, Vaşinqton “Şimal axını”nın zədələnməsi ətrafında yaranmış xaotik vəziyyətdən razıdır. Ağ Ev qərəzli medianın köməyi ilə suları bulandırmağa davam edəcək.
Yeganə