Sankt-Peterburqdakı terrorda həlak olan azərbaycanlılarla bağlı açıqlama- XİN

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində həlak olan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat katibi Hikmət Hacızadə AzNews.az-a açıqlamasında hadisə nəticəsində dünyasını dəyişən Dilbarə Əliyeva və Zaur Vəliyevin Azərbaycan vətəndaşı olub-olmadığının araşdırıldığını bəyan edib:

“İlk öncə onların hələ Azərbaycan vətəndaşı olub-olmadığı məsələsi araşdırılmalıdır. Ona görə də Azərbaycanın Peterburqdakı Konsulluğu Rusiyanın müvafiq Dövlət orqanları ilə bu məsələni araşdırır. Yəni, onlar milliyyətcə azərbaycanlı ola bilər. Azərbaycan vətəndaşı olması da araşdırılmalıdır.”

Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində həlak olanlar arasında iki azərbaycanlının olduğu da məlum olub. Onlar 28 yaşlı Zaur Vəliyev və 20 yaşlı tələbə Dilbarə Əliyevadır.

Elchi.az

Bənzər yazılar

Next Post

Son xəbərlər