"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sankt-Peterburq sammiti – Dağlıq Qarabağla bağlı nəticəsiz görüşlərin sayı artdı – ŞƏRH

21 İyun 2016 - 12:05
in XƏBƏR LENTİ
FacebookVatsap

Qərb münaqişənin həllində daha çox Rusiyaya güvənir, yaxud onu sınayırAzərbaycanın işğal altında olan Dağlıq Qarabağbölgəsindəki münaqişənin tənzimlənməsi ilə bağlı Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib.

Bununla da Azərbaycan və Ermənistan prezidentləri son 7 ayda üçüncü dəfə görüşüblər. Qeyd edək ki, sonuncu görüş mayın 16-da ATƏT-in Minsk qrupu həmsədrlərinin, eləcə də ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyi, habelə Ağ ev və Kremlin birbaşa təşəbbüsü ilə baş tutmuşdu.

Bunu da oxuyun

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Həmin görüşdən yadda qalan yeganə razılaşma prezidentlərin bu ilin iyununda yenidən görüşməsi idi.

Ancaq Rusiya bu görüşlə bağlı təşəbbüsü ələ alaraq dövlət başçılarının Sankt-Peterburqda bir araya gəlməsini təşkil etdi.

Moskva görüşün vaxtını açıqladıqdan sonra ATƏT görüşün hazırlığında iştirak etmədiyini bildirmişdi. Bununla belə, ABŞ-ın Minsk qrupundakı təmsilçisi Ceyms Uorlik Sankt-Peterburq danışıqlarına qatılıb. O, prezidentlərin görüşü ilə bağlı twitter səhifəsində bunları yazmışdı: “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın bugünkü görüşü tərəflər arasında etimadın qurulmasına yardım edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə çərçivə sazişi üzərində iş üçün şərait yaradacaq”.Amerikalı həmsədr görüşdən sonra vəziyyəti belə dəyərləndirib: “Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterbuq şəhərində keçirilmiş üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımdır. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində işləməliyik”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə görüşdən qabaq belə bir bəyanatla çıxış etmişdi: “Rusiya tərəfləri təmkinlilik nümayiş etdirməyə, güc tətbiqindən yayınmağa və vəziyyətin sabitləşməsi üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırır”.

Bu kimi görüşlərin real nəticəsini Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsində görmək istəyir. Əgər bu yoxdursa, belə məlum olur ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi üçün təşəbbüs göstərən qüvvələrin başqa məqsədi var.

Sonuncu görüşün təşəbbüskarı isə Rusiyadır. Heç kimə, hətta Qərbdən olanlara, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədri Almaniyaya belə Dağlıq Qarabağ münaqişəsinin həllinin Moskvadan asılı olduğu sirr deyil. Ötən il Almaniyanın kansleri Angela Merkel bunu açıq şəkildə bildirmişdi.

O, məsələnin həlli ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən belə demişdi: “Rusiya bu məsələdə müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”.

Almaniya lideri bir neçə gün əvvəl isə həmin fikrini belə təkrarlamışdı: “Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq Rusiya, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.

Onda belə çıxır ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox Rusiyaya güvənir, yaxud onu sınayır.

Rəsmi Moskvaya, elə Yerevana da Qarabağda vəziyyətin olduğu kimi qalması daha çox sərf edir. Düzdür, hər iki tərəf mövcud vəziyyətin belə qalmasından narazı olduqlarını bəyan edirlər. Ancaq hadisələrin inkişafı və onların davranışı bunun əksini deməyə əsas verir.

Kreml üçün iştirakçısı olduğu və ya vasitəçiliyini etdiyi başqa münaqişələr kimi Dağlıq Qarabağ problemi də vacib kartlardandır.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın superdövlət olduğunu bəyan edir. Bununla belə, Dağlıq Qarabağ kimi münaqişələrin həllində ABŞ-ın gücsüzlüyünü Sankt-Peterburq görüşünü keçirməklə sübut edir.

Yaxud Avrasiya İqtisadi İttifaqına 40-dan çox dövlətin maraq göstərdiyini bəyan edən Putin yenə də superdövlət adlandırdığı tərəfə yeni güc mərkəzi yarada biləcəyi mesajını verir.

Heç şübhəsiz, bütün bunlar Rusiyanın cəhdləridir. Elə ötən günkü görüş də belə səylərdən biri olub. Ancaq təəssüf ki, görüşün nəticəsi sadəcə tərəfləri, daha doğrusu, Azərbaycanı apreldəki kimi davranmaqdan, torpaqlarını müharibə yolu ilə işğaldan azad etməkdən çəkindirməyə yönəlib və buna xidmət edir.

Rəsmi Moskva Ermənistanda artan anti-Rusiya ovqatını da nəzərdən qaçırmır. Ona görə də Sankt-Peterburq görüşünü keçirməklə ermənilərə Dağlıq Qarabağın, hətta Ermənistanın taleyinin əlində olduğu mesajını verdi.

Sankt-Peterburq görüşünün nəticəsi – Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşləri müntəzəm olaraq davam etdirmək barədə razılığa gəliblər. Eyni zamanda, təmas xəttində müşahidəçilərin sayının artırılması barədə razılıq əldə olunub. Başqa sözlə, Azərbaycan torpaqalarının işğal altında qalmasının müddəti uzadılıb. Bu isə status-kvonun saxlanılması deməkdir. Mövcud vəziyyətin dəyişməsi üçün proseslər Azərbaycan Prezidenti İlham Əliyevin dediyi istiqamətdə davam etməlidir və Azərbaycanın 20 ildən çoxdur işğal altında olan torpaqları azad edilməlidir.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün addımlar atılmayanadək və status-kvo dəyişməyənədək keçirilən bütün görüşlər nəticəsiz qalacaq. İşğalçının Azərbaycan torpaqlarından çıxmasının qrafiki razılaşdırılarsa, görüşlər nəticə vermiş olar. Əks halda, bu sayaq danışıqlar işğalçıya və havadarına əlavə vaxt verilməsi deməkdir.Təəssüf ki, ötən illər ərzində keçirilən görüşlər nə Azərbaycanın ərazi bütövlüyünü bərpa edir, nə də qaçqınların öz evlərinə qayıtmasını təmin edir. Bu baxımdan Sankt-Peterburq görüşü də tarixdə nəticəsizlər sırasına düşdü.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Sankt-Peterburq sammiti – Dağlıq Qarabağla bağlı nəticəsiz görüşlərin sayı artdı – ŞƏRH

Next Post

Lənkəranda özbaşınalıq

Bənzər yazılar

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post

Lənkəranda özbaşınalıq

Lənkəranda özbaşınalıq

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12
Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

03 Sentyabr 2026 - 20:49
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59
“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57
AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55
Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

03 Sentyabr 2026 - 19:54
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

03 Sentyabr 2026 - 19:51
Kadiyə 3 oyunluq cəza verilib

Kadiyə 3 oyunluq cəza verilib

03 Sentyabr 2026 - 19:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

I sinfə elektron qəbul başa çatıb

03 Sentyabr 2026 - 19:13
Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

03 Sentyabr 2026 - 18:55
Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

03 Sentyabr 2026 - 18:43
“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

03 Sentyabr 2026 - 18:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.