Moldova prezidenti Maya Sandu Rusiya Federasiyasının noyabrın 5-də keçirilməsi planlaşdırılan yerli seçkilərə müdaxilə edə biləcəyini bildirib.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
“Rusiya vasitəçilər vasitəsilə Moldovada səsləri rüşvətlə almaq məqsədi ilə maliyyə transferi kanalları açmağa çalışır. Biz bu fenomenlə mübarizə aparırıq”,-deyə Sandu vurğulayıb.
O, əlavə edib ki, Kişinyov korrupsiya ilə mübarizəyə yönəlmiş islahatları davam etdirir. Onun fikrincə, Rusiyanın təsiri altında olan oliqarxlar bu seçkilərə müdaxilə edə bilərlər.
Yeganə