Moldova prezidenti Maya Sandu bildirib ki, Böyük hərbi alyansa qoşulmaq üçün Kişinyov öz neytrallığını əvəz edə bilər.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, “Politico” ilə söhbətində o, ölkənin neytrallıqdan əl çəkməsi ehtimalını qəbul edib.
Lakin Sandu Moldovanın hansı alyansa qoşula biləcəyi barədə dəqiq məlumat verməyib:
“İndi ciddi müzakirələr gedir, biz özümüzü müdafiə etmək iqtidarındayıqmı, bunu özümüz edə bilərik, yoxsa daha böyük alyansa qoşulmalıyıq? Əgər biz millət olaraq müəyyən məqamda belə qənaətə gəlsək ki, neytrallığımızı dəyişmək lazımdır, bu, demokratik bir proseslə baş verəcək”.
Yeganə