“Samsung” şirkəti qatlanan smartfonun yeni növünü buraxmağı planlaşdırıb.
Elchi.az xəbər verir ki, bu barədə “TechRadar” məlumat yayıb.
Revegnus ləqəbli insayderin sözlərinə görə , korporasiya üç yerdə bükülən displeyə malik qurğu təqdim edəcək. Cihaz S formalı gövdəyə və elastik ekrandan istifadə etmək üçün bir çox varianta sahib olacaq. Cihaz 2024-cü ilin ikinci rübünün əvvəlində təqdim edilməlidir.
Nəşrin müəllifləri qeyd ediblər ki, bu, Samsung-un oktyabrda məlum olan Huawei-dən oxşar qurğunun hazırlanmasına cavabıdır . İnsayderlərin fikrincə, Koreya korporasiyası qatlanan smartfonlar bazarında liderliyini təsdiqləmək üçün ilk növbədə S formalı cihazı təqdim etməlidir.
Yanvarın sonunda məlum oldu ki, Samsung 2024-cü ildə sərfəli qatlanan smartfon buraxmağı planlaşdırır. Cihaz Galaxy Z Fold-un ucuz versiyası olacaq.
Nuranə Məmmədova