"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Samir Vəliyev: 23 saatlıq antiterror əməliyyatı ədalətin və tarixin bərpasıdır

19 Sentyabr 2025 - 10:20
in GÜNDƏM
FacebookVatsap

“44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında Azərbaycan yalnız işğalçı Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə qalib gələrək ərazi bütövlüyünü və suverenliyini təmin edib. İgid əsgər və zabitlərimizin şücaəti, canı-qanı bahasına qazanılan qələbələr sayəsində ilk dəfədir ki, torpaq itkilərinə məruz qalmamışıq, əksinə zor gücünə zəbt olunmuş torpaqlarımızı geri qaytarmışıq. Şəhər və kəndlərimizin azad olunması bizim üçün bayramdır. Prezident İlham Əliyev ölkəmizdə şəhər günlərinin təsis edilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamlarla bunu rəsmiləşdirirb. Xatırladaq ki, dövlətimizin başçısı 2023-cü il 31 iyul tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə rəhbərinin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla isə həmin sənədə aşağıdakı məzmunlu dəyişiklik edilib: “20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”. Beləliklə də, respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin sayı 9-a çatıb”.
Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev bildirib.
Milli Məclisin üzvü qeyd edib ki, otuz illik işğal dövründə ermənilər torpaqlarımızda ağılasığmaz vandalizm əməllərinə əl atıblar: “Bu ərazilərdə yaşayan azərbaycanlılar öz ev-eşiklərindən zorla çıxarılıb, eyni zamanda ucdantutma hər şey dağıdılıb və yerlə- yeksan edilib. Məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevib. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb”.
Deputatın sözlərinə görə, Vətən müharibəsində işğaldan azad edilən ərazilərin hər qarışı bizim üçün son dərəcə əzizdir: “Biz düz otuz il ərzində yurd yerlərimizə, doğma kəndlərimizə, şəhərlərimizə qayıtmağın həsrəti ilə yaşamışıq. 44 günlük müharibədə, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında şanlı Ordumuzun şücaəti ilə əldə olunan böyük qələbələr sayəsində bu həsrətə son qoyulub.
Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir”.
Deputatın qənaətinə görə, işğaldan azd edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük qələbələrimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirlməsi anlamına gəlir: “Bu qələbələri heç kəs bizə hədiyyə etməyib. Onları igid hərbiçilərimiz canları, qanları hesabına qazanıblar. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu bunu layiqincə edib. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytarıb. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirib. Dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu”.
Samir Vəliyevin sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də şəhər günləri qeyd olunan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində işğalçılardan təmizlənməsi ədalətin və həm də tarixin bərpasıdır: “Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiliyinə tuş gələn və təsəvvürəgəlməz zülm, sitəm yaşayan bir şəhərdir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır”.
Milli Məclisin deputatı bildirib ki, separatçıların qondarma qurumun baş şəhəri elan etdikləri Xankəndiyə münasibətdə də erməni məkrinə yol verilib: “Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının – xanların istirahəti üçün salınıb. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi. Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə hədiyyə olunub. “Xankəndi” toponimi 1923-cü ildə keçmiş ittifaqın mərkəzi hakimiyyətinin diqtəsi ilə dəyişdirilib və şəhərə saxta “Stepanakert” adı verilib. Separatçılar da məhz bu toponimdən istifadə ediblər.
İşğal dövründə Xocavənd və Ağdərə şəhərlərinin də oxşar talelərlə üzləşdiyini deyən deputat bildirib ki, artıq kədərli günlər keçmişdir. 2023-cü il 19-20 sentyabr tarixində baş tutan uğurlu lokal xarakterli antiterror əməliyyatından sonra Xocavənd və Ağdərə də artıq doğma əllərdədirlər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bütün şəhərlərimizin şəhər günləri mübarək olsun!”

Bunu da oxuyun

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

 

Previous Post

Formula-2: Bakıda sərbəst yürüş başladı

Next Post

DYP-dən müraciət: Vaxtında tədbir görülməlidir!

Bənzər yazılar

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb. Elchi.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək. Qeyd edək ki, bu...

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Baş naziri Cabbar Musayev...

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Next Post
DYP-dən müraciət: Vaxtında tədbir görülməlidir!

DYP-dən müraciət: Vaxtında tədbir görülməlidir!

Aeroportda taksilərlə bağlı yeni qayda – Agentlik araşdırır

Aeroportda taksilərlə bağlı yeni qayda - Agentlik araşdırır

Comments 6

  1. Dilarə Səmədova says:
    1 il ago

    Bu məqalə ilə tam razıyam. Samir Vəliyevin dediyi kimi, antiterror əməliyyatı Azərbaycanın ədalətini bərpa etdi. 44 günlük müharibə və 23 saatlıq əməliyyatla bizə edilən zülmün, vandalizmin cavabı verildi. Bu qələbə bizim üçün böyük fəxrdir.

    Reply
    • Gülşən Nəbiyeva says:
      1 il ago

      Məqalə əladır, tam razıyam. Samir Vəliyevə qulaq asanda adamın qüruru artır. O 23 saatlıq əməliyyatla nəinki ədalət, tarixin özü də bərpa olundu. Mənim kimi adi vətəndaş da bilir ki, bu qələbə bir çoxlarına dərs oldu. Bu qələbəyə görə Allah ordumuzdan razı olsun.

      Reply
      • İlhamə Nəbiyeva says:
        1 il ago

        Təbii ki, məqalə ilə tam razıyam, Samir Vəliyevin dediyi kimi, o 23 saatlıq əməliyyatla təkcə ədalət deyil, tarixin özü də bərpa olundu. Bu qələbə hamı üçün böyük fəxr idi, mən də adi bir vətəndaş olaraq bunu yaxşı başa düşürəm. Allah ordumuzu qorusun, bizim torpaqlarımızı azad edən əsgərlərimizə minnətdarıq. Şəhər günlərinin təsis olunması çox gözəl ideyadır, bu, bizim qələbəmizi əbədiləşdirəcək.

        Reply
        • Zəhra Qədirova says:
          12 ay ago

          Məqalə ilə tam razıyam, deputat Samir Vəliyevin dediyi kimi, o 23 saatlıq əməliyyatla təkcə ədalət deyil, tarixin özü də bərpa olundu. Bu qələbə hamı üçün böyük fəxr idi, mən də adi bir vətəndaş olaraq bunu yaxşı başa düşürəm. Allah ordumuzu qorusun, bizim torpaqlarımızı azad edən əsgərlərimizə minnətdarıq. Şəhər günlərinin təsis olunması çox gözəl ideyadır, bu, bizim qələbəmizi əbədiləşdirəcək.

          Reply
  2. Şahnaz Sadıqova says:
    1 il ago

    Samir Vəliyevin bu mövzuda danışması çox vacibdir. Həqiqətən də, 44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatı ilə biz ədaləti təmin etdik. Bu qələbə bizim üçün çox böyük bir uğurdur. Məqalə bu hadisələrin əhəmiyyətini çox gözəl çatdırır.

    Reply
    • Nuranə Mehdiyeva says:
      1 il ago

      Samir Vəliyev çox düz deyir, 23 saatlıq antiterror əməliyyatı ilə əsil ədaləti bərpa etdik. Bizim üçün böyük fəxrdir ki, torpaqlarımızı azad elədik. Bu qələbə hamımızın qələbəsidir, şəhər günlərinin təsis olunması da bunun göstəricisidi.

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.