Sameh Blinkenin Ukrayna ilə bağlı mesajını Lavrova təqdim edib

74

Rusiyalı nazir qeyd edib ki, mesajda yalnız “get və dayan” çağırışları var.
xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkendən Misirin xarici işlər naziri Sameh Şükrinin ona çatdırdığı mesajı alıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, mesaj Ukraynaya aiddir.
“Cənab nazir əvvəlki sualı cavablandıraraq dedi ki, o, bu yaxınlarda Qahirədə səfərdə olan dövlət katibi Blinkenin müəyyən mesajını çatdırıb. Mən bunu təsdiq edirəm”, – diplomat mətbuat konfransında bildirib.
Lavrovun qeyd etdiyi kimi, Moskva Ukrayna münaqişəsinin həlli ilə bağlı istənilən ciddi təklifi dinləməyə hazırdır. Onun sözlərinə görə, Blinkendən gələn mesajda yalnız “get və dayan” çağırışları var.

Şayəstə