Elchi.az Trend-ə istinadən bildirir ki, görüntülər Şamaxı şəhərində qeydə alınıb. Mağazalardan birinin müşahidə kameralarına düşən görüntülərdə rayon sakinlərinin təşviş içərisində oranı tərk etməsi görünür.
Kadrlardan görünür ki, sözügedən mağazaya xeyli miqdarda ziyan dəyib. Rəflərdə olan ərzaq və içkilər yerə dağılaraq yararsız hala düşüb.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova isə bildirib ki, Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib.
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...





















Son şərhlər