Elchi.az-ın “Report”a istinadən məlumatına görə, ötən gün Şamaxıda qətlə yetirilərək həyətdə üstü torpaqla basdırılıb gizlədilən, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının ögey oğlu, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.