Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.
Elchi.az xəbər verir ki, hadisə rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı mikroavtobus anidən idarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.
İlkin məlumata görə, qəza zamanı Dəyanə Mükafat qızı Eyyubova hadisə yerində dünyasını dəyişib.
Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdıra aparılır.
Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən...





















Son şərhlər