"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

“Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi

01 Noyabr 2014 - 10:37
in Kateqoriyasız
FacebookVatsap

Rusiya saytları yazır ki, “qara sıyahı”da “Taro” ilə yanaşı “Rövşən Lənkəranski”nin də adı varimg1531641

Bunu da oxuyun

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Xəbər verdiyimiz kimi, Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli 61 yaşlı Zaxari Kalaşov oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılıb. Rusiya kriminal aləminin “xaç atası” sayılan Aslan Usoyanın (“Ded Xasan”) 2013-cü ilin yanvar ayının 16-da öldürülməsindən sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilmədilər. Üstəlik, klan liderinin qətlindən ötən müddətdə onun qanı da yerdə qaldı.
Ehtimallara görə, milliyyətcə yezidi kürd olan “Şakro Molodoy”un həbsdən azad edilməsi ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayacaq və onun ilk işi “Ded Xasan”ın qatillərini cəzalandırmaq olacaq. Bu ehtimallar artıq doğrulmağa başlayıb.
Məlum olub ki, “Şakro” Moskvaya qayıdan kimi, “Ded Xasan”ın və Vyaçeslav İvankovun (“Yaponçiki”) məzarlarını ziyarət edib. Onu “Ded Xasan” klanının liderlərindən olan Piçuqa, Voskres, Radjika və Maçi müşayiət edib. “Şakro” məzarlıqda and içib ki, onların qatillərini bağışlamayacaq.
Rusiya saytları yazır ki, “Ded Xasan”ın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, klan hazırda həbsdə olan “Taro” ləqəbli Tariel Onianidən və “Merab Suximski” kimi tanınan Merab Canqveladzedən şübhələnir. Primecrime.ru saytı yazır ki, “Ded Xasan” klanının “qara siyahı” sında “oğru dünyası”nın əsas simalarından olan Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) adı da var. Sayt onu da qeyd edir ki, “Rövşən Lənkəranski” “qara sıyahı” da olanlar sırasında azadlıqda olan yeganə şəxsdir.
“Taro”nun slavyan qruplaşması ilə ilk qarşıdurması İrkutsk türməsində baş verən bir olayla başlayıb. Onianinin dəstəklədiyi “Maxo” ləqəbli avtoritet İlya Simoniya  ilə “Yaponçik” arasında problem yaranır. “Sxodka” ların birində “Yaponçik” “Ded Xasan”ın dəstəyi ilə “Maxo”nu oğru adından məhrum edir. Oniani bunu özünə yönəlmiş addım hesab edir və klanlar arasında qarşıdurma başlayır.
2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdiyi irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü “vor zakon” həbs edilsə də, “Taro” polisdən gizlənə bilir. Amma bu əməliyyatda “Şakro Molodoy” həbs edilir. Bundan sonra “Taro”nun lideri olduğu qruplaşmaya qarşı həm Avropada, həm də Rusiyada əsl müharibə başlayır. Bu məsələni yoluna qoymaq üçün “sxodka” çağırılır. Gəmidə çağırılmış “sxodka”ya “Yaponçik” və “Ded” gəlmir və bunun ardınca milis orada xüsusi əməliyyat keçirir. Bundan sonra “Taro”nun “Yaponçik”lə bərabər “Ded Xasan” la münasibətləri düşmənçilik hədinədək kəskinləşir.
2009-cu ildə Oniani Rusiyada(o vaxta kimi artıq Rusiya vətəndaşı olan) hüquq-mühafizə orqanlarının əlinə keçir.  “Matrosskaya tişina”da saxlanılan Oniani barədə 36 “qanuni oğru”nun (“Yaponçik”,”Ded Xasan”, “Şakro Molodoy” və sair) imzası ilə məktub hazırlanır və “onu vurun” fitvası verilir. Bu məktubdan sonra “Yaponçik” güllələnir. “Yaponçik”dən sonra isə “Ded Xasan” öldürülür.
Oniani məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilib və hələ bir neçə il həbsdə yatmalıdır.
“Taro” nun Rövşən Lənkəranski”ilə münasibətlərinin necə yarandığı barədə məlumatlar demək olar ki, yox səviyyəsindədir. Yalnız o məlumdur ki, bu “qanuni oğrular”ın bir-birinə münasibəti normaldır. Əgər “Ded”ə sui-qəsdə də onların adı da birgə hallanırsa, deməli, bu, təsadüfi deyil.
Merab Canqveladzeyə gəlincə, o da “Rövşən Lənkəranski” yə yaxın adam kimi tanınıb. Onun qardaşı Levan Suxumi klanının “beyni” hesab olunur. Amma son məlumatlara görə, indi Canqveladzelər “Lənkəranski” ilə yaxınlıq etmirlər. Merab bir müddət əvvəl Avropada həbs edilib. Rusiya saytları yazır ki, Levan azadlığa çıxan “Şakro Molodoy”la görüşmək istəsə də rədd cavabı alıb.”Rövşən Lənkəranski” nin konkret harada yaşadığı isə bilinmir.
“Ded Xasan”ın qətlindən sonra “Lənkəranski” nin kriminal aləmdə şəriksiz lider olacağı deyilirdi. Onun slavyan qruplaşmaları və gürcü “oğru” larla münasibətlərinin yaxşı olması buna imkan verirdi. Amma xüsusilə yezidi kürdlər və onunla münasibətləri pis olan azərbaycanlı kriminallar “Lənkəranski”yə ciddi maneə oldular.
Rusiya KİV-ləri yazır ki, “Şakro Molodoy”un azadlığa çıxması ilə Rusiya kriminalında ciddi mövqe dəyişikliyi olacağı barədə xəbərlər şişirdilib. Çünki “Şakro Molodoy” Rusiyaya şərtlə qayıdıb və hüquq-mühafizə orqanları ilə anlaşıb. “O Moskvanın sakit həyatını pozmamağa söz verib” deyə, xəbərdə bildirilir. “Şakro Molodoy” un Rusiya hüquq-mühafizə orqanları ilə anlaşa biləcəyi xəbərləri səbəbsiz deyil. 2000-ci il, iyunun 18-də Tiflisdəki erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynan oğurlanır. Bir neçə gün sonra “Şakro” biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də biznesmenin hələ də öldü-qaldısı bilinmir.
2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə “Şakro” nun  ekstradisiyası üçün sorğu verib. Ona bu cinayət işi ilə bağlı 18 il qiyabi hökm də çıxarılıb. Rusiya isə göründüyü kimi, onu Gürcüstana təhvil verməyib…
Previous Post

“Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi

Next Post

Yazıq biz

Bənzər yazılar

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59

Saziş başa çatdıqdan sonra birləşmiş "Paramount Skydance" və "Warner Bros. Discovery" şirkəti "Skydance" adını daşıyacaq. Elchi.az xəbər verir ki, bu...

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. Elchi.az "Oksijen" nəşrinə istinadən xəbər...

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. Elchi.az...

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12

ABŞ bu gün HƏMAS-ın maliyyə şəbəkəsinə, o cümlədən Fələstin qruplaşmasının hərbi qanadının bir üzvünə, Fransada vəsait toplayan iki şəxsə və...

Next Post

Yazıq biz

İŞİD oğurladığı qızları zorladyır

Son xəbərlər

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.