Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqələrinə baş çəkiblər.
Elchi.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov Tvitterdə paylaşım edib.
“Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digər həmkarlarla birlikdə Azərbaycan-Rusiya sərhədində bir neçə gömrük-sərhəd buraxılış məntəqəsində olduq, görüşlər keçirdik. Məntəqələrdə infrastrukturun modernləşdirilməsi, iki ölkə arasında iqtisadi əlaqələr barədə müzakirələr apardıq”, – deyə nazir paylaşımda qeyd edib.
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...





















Son şərhlər