"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Sahilsiz təzadlar”

10 Dekabr 2014 - 23:01
in MƏDƏNİYYƏT
FacebookVatsap

AYB.az xəbər verir ki, dekabr ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayevin “Sahilsiz təzadlar” st3kitabının təqdimat mərasimi keçirilib.

Bunu da oxuyun

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalq artisti Zaur Rzayev vəfat edib

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

 

“Nurlar” nəşriyyatında çap olunan kitab bəşəriyyətin dünyagörüşündəki təzadlı, çoxüzlü baxışlar sistemi və mövqeyindəki ətalət, çoxbucaqlı standartlar sayəsində Xocalıda, Somalidə, Əfqanıstanda, Yaxın Şərqdə, eləcə də dünyanın digər yerlərində vəhşicəsinə qətlə yetirilmiş, aclıqdan, susuzluqdan dünyasını vaxtsız dəyişmiş, insanlığın vicdan indikatorları olan uşaqların əziz  xatirəsinə ithaf edilir.

Kitaba ön sözü akademik İsa Həbibbəyli yazmışdır, redaktorları filologiya üzrə fəlsədə doktoru Dilarə Məmmədova və Esmira Fərəcovadır.

“Sahilsiz təzadlar” bədii, elmi, fəlsəfi və dedektiv romandır. Romanda qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə əsərdə rənglərin əmələ gəlməsi, kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilən mahiyyətdə olması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer almışdır.

“Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin və Azərbaycan Yazıçılar Birliyi AYBKİTAB saytının təşkilati dəstəyi ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin sədaları altında başlayıb.

Tədbiri giriş sözü ilə açan “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu qonaqları salamladıqdan sonra  kitabın işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib, kitabın Türkiyədə nəşr olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza  çıxışında “Sahilsiz təzadlar” kitabının başqa dillərə tərcüməsinin vacibliyinin vurğulayıb.

Tədbirdə  çıxış edən professor Telmam Əliyev  “Sahilsiz təzadlar” kitabı haqqında fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb: “Bu əsər mürəkkəb quruluşlu əsərdir. Onun janrını müəyyənləşdirmək, sözün müsbət mənasında çətindir. Mən bu nəhəng əsəri sözbəsöz oxuyub qərara gəldim ki, bu elmi-publisistik, yarımsənədli, yəni prototipləri məlum olan, bədii-fəlsəfi əsərdir. Mən ömrümdə bu roman qədər təsirli, elmi yeniliklərlə dolu olan əsər oxumamışam. Onun müasir oxucuda yaratdığı təsiri indiki 70-90 yaşlı adamların gənc vaxtlarında böyük yazıçımız Məmmd Səid Ordubadinin “Qılınc və qələm” romanının yaratdığı təsirlə müqayisə edərdim”.

Millət vəkili Fazil Qəzənfəroğlu “Sahilsiz təzadlar”ı çox müdhiş müşahidələr olan əsər kimi dəyərləndirib, bu janrın Azərbaycana gəlməsini təqdirəlayiq hal kimi qiyməytləndirib: “Bu roman elmi diskussiyanın ədəbiyyata gətirilməsinin Azərbaycanda ilk nümunəsidir. Əsərdə iqtisadi problemlərin, proseslərin insanların həyatında müzakirəsi təsvir olunur, yeni fikirlər söylənilir. Müəllif müqayisəli maraqlı fikirləri,  özünün düşündüyü elmi tezisləri, hüquqla dəqiq elmlərin müqayisəsini əsərdə verir”.

Təqdimat mərasimində Əsəd Cahangir, Bahar Bərdəli, Vaqif Nəcəfzadə, Mərziyyə Nəcəfova və başqaları çıxış edərək “Sahilsiz təzadlar” romanı haqqında ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən Sadıq Qarayev təqdimat mərasiminin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlığını bildirib, kitablarını imzalayaraq oxucularına təqdim edib.

AYB.az

Məlahət Qənbərova

Previous Post

“Sahilsiz təzadlar”

Next Post

Niyaməddin Orduxanlı: “Mehdiabadlıların inamını bir daha doğruldacam“

Bənzər yazılar

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...

Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15

Xalq artisti Zaur Rzayev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O, bu gün müalicə...

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09

Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı...

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Next Post

Niyaməddin Orduxanlı: "Mehdiabadlıların inamını bir daha doğruldacam“

Niyaməddin Orduxanlı: "Mehdiabadlıların inamını bir daha doğruldacam“

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.