"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Sahibə Qafarova Serbiya baş naziri ilə görüşüb – FOTO

26 May 2023 - 11:44
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

Serbiyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri Ana Brnabiç ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan baş nazir deyib ki, dost ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir.

O, Azərbaycanın Serbiya üçün çox böyük əhəmiyyətə malik ölkə olduğunu qeyd edib. Ana Brnabiç vurğulayıb ki, müsbət siyasi dialoq və qarşılıqlı səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə ötən il baş tutan səfərini və Azərbaycanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, səfərin nəticələrinin uğurlu olduğunu diqqətə çatdırıb.

O, ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən, enerji sektorunda əməkdaşlığın önəmini qeyd edərək deyib ki, enerji təhlükəsizliyi məsələsi milli təhlükəsizlik baxımından olduqca vacibdir. Baş nazir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.

Ana Brnabiç Azərbaycan və Serbiyanın bir çox məsələlərdə, o cümlədən, suverenlik və ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirdiyini və bir-birinə qarşılıqlı dəstək verdiyini ifadə edib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib. Spiker bu kontekstdə xüsusilə Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi, həmçinin Prezident Aleksandr Vuçiçin 2018-ci ilin mayında Azərbaycana rəsmi və 2022-ci ilin dekabrında işgüzar səfərlərinin önəmini diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin sədri qeyd edib ki, yüksək səviyyəli siyasi təmaslar ikitərəfli gündəliyin digər sahələrində də əməkdaşlığın inkişafı üçün güclü əsaslar yaradır. O, iqtisadiyyat və ticarət sahələrini əhatə edən münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib. Spiker deyib ki, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əlaqələri daha da dərinləşdirməyə imkan verəcək. Enerji sektoru əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olan sahələrdən biridir. O, Azərbaycanın uğurlu enerji siyasəti haqqında məlumat verib.
Milli Məclisin sədri deyib ki, Azərbaycan və Serbiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərdə müsbət amillərdən biri də qanunverici orqanlar arasında əlaqələrdir. O, qarşılıqlı səfərlərin bu əməkdaşlığın inkişafına təkan verdiyini deyib. Bu səfərin Azərbaycan Milli Məclisinin sədri qismində Serbiyaya ilk səfər olduğunu deyən Sahibə Qafarova bir neçə gün əvvəl Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçin Milli Məclisin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizə səfər etdiyini məmnunluqla xatırladıb. Sahibə Qafarova parlamentlərimiz arasında bir sıra beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığı daha da inkişaf etdirmək üçün yaxşı imkanlar olduğunu da diqqətə çatdırıb. Milli Məclisin sədri Azərbaycan və Serbiya parlamentləri arasında imzalanan anlaşma memorandumunun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri görüşdə həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Previous Post

Sahibə Qafarova Serbiya baş naziri ilə görüşüb – FOTO

Next Post

Şolts Putinlə telefon danışığı etmək istəyir

Bənzər yazılar

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Prezident İlham Əliyev Çin liderini təbrik edib

01 Oktyabr 2026 - 11:25

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab...

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

01 Oktyabr 2026 - 10:41

“Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə...

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

01 Oktyabr 2026 - 10:25

Prezident İlham Əliyev Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Elchi.az xəbər verir...

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

01 Oktyabr 2026 - 10:02

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib. Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən...

Next Post
Şolts Putinlə telefon danışığı etmək istəyir

Şolts Putinlə telefon danışığı etmək istəyir

Şolts Putinlə telefon danışığı etmək istəyir

Şolts Putinlə telefon danışığı etmək istəyir

Son xəbərlər

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Azərbaycandakı ahılların SAYI

Azərbaycandakı ahılların SAYI

01 Oktyabr 2026 - 13:09
Mask Pentaqonda işləyəcək

Mask Pentaqonda işləyəcək

01 Oktyabr 2026 - 13:00
Bu tarixdən yollarda nəzarət güclənəcək

Bu tarixdən yollarda nəzarət güclənəcək

01 Oktyabr 2026 - 12:53
Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

01 Oktyabr 2026 - 12:46
Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

01 Oktyabr 2026 - 12:37
Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

01 Oktyabr 2026 - 12:28
Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

01 Oktyabr 2026 - 12:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.